Azərbaycanlı rəis Rusiyada saxlanıldı - VİDEO
FHN 3 yaşlı körpəni belə xilas etdi - VİDEO
Ukraynada Azərbaycan əsilli hərbi qulluqçu şəhid olub
İntim görüntüləri yayılan şöbə müdiri istefa verdi
Aeroport şosesində qəza oldu
Bu gün imtahan idi: 6 nəfər qovuldu
Sumqayıtda güllələnmə: Bir nəfər ölüb
Sabah 40° isti olacaq
Azərbaycanlıların məskunlaşdığı hostelə polis basqın edib
Fərid Əhmədov Mirsaleh Seyidovu devirmək istəyir?


04.06.2018  09:57 

Bu küçələrdə parklanma qadağan edilir - SİYAHI





A+  A-

Nəqliyyat şəraitini və yol hərəkətinin təhlükəsizliyini yaxşılaşdırmaq, nəqliyyat tələbatını idarə etmək və davamlı nəqliyyat növləri yaratmaq Bakı Nəqliyyat Agentliyinin əsas fəaliyyət istiqamətlərindəndir. Buna uyğun olaraq yay mövsümündə adətən şəhər yollarında nəqliyyatın axınında intensivliyin az olacağını nəzərə alaraq, Bakı Nəqliyyat Agentliyi yol hərəkətinin təşkili ilə irimiqyaslı layihələrin reallaşdırılmasına başlayacaq.
Qarşıdakı aylarda diqqət mərkəzində olacaq ən mühüm məsələ nəqliyyatın hərkətini çətinləşdirən avtomobillərin parklanma qaydalarının pozulması ilə bağlı olacaq.

XəzərNews.az-ın məlumatına görə, bunu Modern.az-ın sorğusuna cavab olaraq, Bakı Nəqliyyat Agentliyinin (BNA) İctimai əlaqələr və maarifləndirmə şöbəsinin müdiri Mais Ağayev bildirib.

M.Ağayevin sözlərinə görə, Agentliyin mütəxəssisləri şəhərin əsas arterial damarı hesab edilən 11 küçədə parklanma ilə bağlı vəziyyəti təhlil edib:

“Artıq bu yay yol hərəkətinə mane olan yerlərdə parklanma qadağan ediləcək. 16 yol hissəsindən ibarət 11 arterial yol oxu seçilib. Bu yollar Bakı şəhərinin gündəlik nəqliyyat axınının ən böyük hissəsini qəbul edir. Burada pik saatlar ərzində hər gün nəqliyyat sıxlıqları və ləngimələr müşahidə edilir. Bu yollar parametlərinə görə intensiv hərəkət üçün münasib olsa da geniş həcmdə qanunsuz parklanma nəticəsində yolun eninin azalması mövcud nəqliyyat tələbatına mənfi şəkildə təsir göstərir. Müvafiq yollarda mövcud məhdudlaşdırıcı tədbirlər üzərində ciddi və effektiv nəzarət tətbiq etməklə əsas yol şəbəkəsinin mövcud hərəkət ərazisinin və yolun hərəkəti buraxma qabiliyyətinin arıtırılması mümkün olacaq. Eyni zamanda parklanma manevrləri nəticəsində yaranan ləngimələr azalacaq”.

Qurum rəsmisi nəzərdə tutulan 11 yol kəsişməsini açıqlayıb:

1. “Tbilisi” pros. - “Bakıxanov” - “A.Salamazadə”

2. “Z. Əhmədbəyov” – “C.Cabbarlı" - “S. Qurbanov” – “Azərbaycan”“Bakıxanov” “İstiqlaliyyət”

3. “A. H. Əliyev” - “Tbilisi” - “C.Hacıbəyli”

4. “Bakıxanov” - “Bakıxanov” dairəsi - “C.Hacıbəyli”

5. “Füzuli”- “Ş. Bədəlbəyli” - “Azərbaycan” - “S.Vurğun”

6. “S. Vurğun” - “Bakıxanov” - “Füzuli”

7. “R. Behbudov” - “Bakıxanov” - “Füzuli”

8. “Azadlıq” - “Bakıxanov” - “Füzuli”

9. “28 May" - “A.Puşkin” - “Y.Səfərov”

10. “Ü.Hacıbəyov” - “A.Puşkin” - “Y.Səfərov”

11. “Y.Səfərov” - “Ü.Hacıbəyov” - “Babək”

M.Ağayev deyib ki, bununla yanaşı, qarşıdakı aylarda paytaxtda 74 yol kəsişməsində nəqliyyatın vəziyyətinin yaxşılaşdırılmasını nəzərdə tutan pilot layihə də icra ediləcək:

“Bu çərçivədə müəyyən edilən yerlərdə yeni yol nişanları qoyulacaq, parklanma yerləri nəzərdən keçiriləcək və hərəkət istiqamətləri təkmilləşdiriləcək”.

Xəbər 3018 dəfə oxunub.




13.07.2025  14:53 

Aeroport şosesində qəza oldu

13.07.2025  12:34 

Ölümlə danışarsan...!

13.07.2025  11:54 

Sabah 40° isti olacaq

12.07.2025  00:30 

İsrail atəşə tutuldu

12.07.2025  00:25 

Cəlilabadda yaşayış evi yanıb


BÜTÜN XƏBƏRLƏR +