Artur Sarkisyan məhkəmənin qərarı ilə həbs edilib
Xərçəngin dərmanı tapılıb, ancaq onu gizlədirlər... - Tibbi ekspert
Noutbuk və müşahidə kamerası oğurlanıb
Ərdoğan prezident seçkilərinin tarixini açıqladı
İlham Əliyev Əbu-Dabiyə getdi
Əbu-Dabi görüşü nə vəd edir? - ŞƏRH
Osmanlı Restoranda - Sumaq qum, dönər zəhər kimi...
Trampın taarif siyasəti ABŞ-a 300 milyard dollar qazandıracaq
Rəsmi Bakıdan İranın Ermənistandakı səfirinə CAVAB
Qaynar xətt işləmir, cavab verən yoxdur... - Həmkarları tənqid etdi


28.02.2018  09:17 

“Bu xəstəliklər xalqın gələcəyini təhlükəyə atır”





A+  A-

“Qida ilə bilərəkdən və ya bilmədən yaranan və yayılan xəstəliklər xalqın gələcəyini, hətta mövcudluğunu təhlükəyə atır”.
XəzərNews.az xəbər verir ki, bunu Trend-ə yeni yaradılan Qida Təhlükəsizliyi Agentliyinin Kommunikasiya və İnformasiya texnologiyaları şöbəsinin müdiri Aynur Kərimova deyib. Onun sözlərinə görə, qida təhlükəsizliyi ərzaq təhlükəsizliyi kimi ölkənin milli təhlükəsizliyinin bir hissəsidir: "Əgər ərzaq təhlükəsizliyi ölkə əhalisinin qida ilə təminatı deməkdirsə, qida təhlükəsizliyi bu qidanın sağlam olmasıdır. Ölkə əhalisinin səhhət və sağlığı, gələcək nəslin sağlam yetişməsi qida təhlükəsizliyindən birbaşa asılıdır. Zərərli qida hətta silahlı hücumlardan daha təhlükəlidir. Əhalimizin, xalqımızın sağlamlığı üçün qida təhlükəsizliyinin təmini bu gün qarşımızda dayanan əsas vəzifələrdəndir".

A.Kərimova bildirib ki, hazırda ölkədə qida zəncirində mövcud vəziyyət, ölkədəki hüquqi baza və onun icra vəziyyəti, qida istehsalçıları və idxalçıları ilə tanış olmaqla yanaşı, müxtəlif sahələrdə ciddi bazar araşdırmaları ilə məşğuldurlar. Bundan əlavə, qida təhlükəsizliyi sahəsində mövcud beynəlxalq təcrübəni, bir sıra ölkələrdəki analoji qurumların iş mexanizmini öyrənirlər.

Şöbə müdiri əlavə edib ki, Qida Təhlükəsizliyi Agentliyi ölkədə qida zəncirinin bütün mərhələlərində qida təhlükəsizliyinə nəzarət edəcək və istehlakçıların hüquqlarının müdafiəsi ilə məşğul olacaq. İstehlakçıların hüququnu müdafiə etməyimiz onların sağlam qida ilə təmin olunmasına yönələcək: "Bizim vəzifəmiz qida zəncirinin bütün tərəfləri ilə sıx əməkdaşlıq etməkdir. Bu sahədə çalışan fermer, qablaşdırma və ya hazır məhsul idxalçısı, qida emalçısı, satıcı və ya tədarükçü - hər kəs anlamalıdır ki, onun işi insanları sağlam, təhlükəsiz qida ilə təmin etməkdir. İstəyimiz odur ki, quracağımız nəzarət mexanizmi yerli istehsalçılara dəstək funksiyası daşısın. Standartların tətbiqi və qida təhlükəsizliyinə tələblərin yerinə yetirilməsi yerli istehsalçıların məhsullarının ölkə daxilində satışlarını artırmağa və bazar payını genişləndirməyə, ixrac üçün rəqabət qabiliyyətini yüksətməyə xidmət etməlidir".

Xəbər 3622 dəfə oxunub.




09.07.2025  14:51 

İlham Əliyev Əbu-Dabiyə getdi

09.07.2025  11:54 

Rusiyada avtomobil bazarı çökür


BÜTÜN XƏBƏRLƏR +