Artur Sarkisyan məhkəmənin qərarı ilə həbs edilib
Xərçəngin dərmanı tapılıb, ancaq onu gizlədirlər... - Tibbi ekspert
Noutbuk və müşahidə kamerası oğurlanıb
Ərdoğan prezident seçkilərinin tarixini açıqladı
İlham Əliyev Əbu-Dabiyə getdi
Əbu-Dabi görüşü nə vəd edir? - ŞƏRH
Osmanlı Restoranda - Sumaq qum, dönər zəhər kimi...
Trampın taarif siyasəti ABŞ-a 300 milyard dollar qazandıracaq
Rəsmi Bakıdan İranın Ermənistandakı səfirinə CAVAB
Qaynar xətt işləmir, cavab verən yoxdur... - Həmkarları tənqid etdi


16.02.2018  16:32 

“Çinlə savaşa hazır olaq“ — Amerikalı admiral





A+  A-

ABŞ-ın Avstraliyaya yeni səfiri kimi namizəd göstərilən admiral Harri Harris Çinin hərbi cəhətdən gedərək gücləndiyini qeyd edərək, ABŞ-ın bir savaşa hazır olmasının vacib olduğunu söyləyib.
XəzərNews.az xəbər verir ki, ABŞ Konqresində çıxış edən Harris Çin hökumətinin Cənubi Çin dənizində hakimiyyət qurmaqda olduğunu bildirib.

"Çinin niyyəti açıqca ortadadır. Bunu görməməklə özümüzü təhlükəyə atırıq. Çinin beynəlxalq qanunlara dayanan balansı pozmağa çalışacağından narahatam",-deyə admiral qeyd edib.

Admiral Çinin hərbi cəhətdən getdikcə böyüməsinin yaxında ABŞ-a hər sahədə meydan oxuya biləcək nöqtəyə gələcəyini bildirib.
Harris, "Çin savaşda qalib gəlmək fikrinə düşsə, mən bir əskərəm. Bir savaşın qarşısını almağa çalışarkən, digər tərəfdən də savaş üçün plan hazırlamaq və mənbə hazırlamağın önəmli olduğunu düşünürəm. Ümid edirəm ki, məsələ Çinlə toqquşma nöqtəsinə gəlməz. Amma belə bir ehtimala qarşı hazır olmalıyıq",-deyib.

Xəbər 3062 dəfə oxunub.




09.07.2025  14:51 

İlham Əliyev Əbu-Dabiyə getdi

09.07.2025  11:54 

Rusiyada avtomobil bazarı çökür


BÜTÜN XƏBƏRLƏR +