Ukraynanın bərpasına 10 milyard avroluq dəstək...
Ursula fon der Leyenə etimadsızlıq səsverməsi rədd edildi
Azərbaycan XİN-dən Əbu-Dabi görüşü ilə bağlı... - Açıqlama
Məhbusların ailəsini söyən Toliklə bağlı qərar verildi
Ermənistan və Azərbaycanın ortaq düşməni: Kreml
Əbu-Dabi görüşü başa çatdı
Goranboy sakininin dəhşətli hekayəsi - VİDEO
Moskva dəstəkləyir... - Peskovdan Əbu-Dabi görüşünə reaksiya
Ukrayna Təhlükəsizlik Xidmətinin polkovniki öldürüldü
Bakıda iranlı narkotacirlər saxlanıldı


31.07.2017  13:55 

Sabahın hava PROQNOZU: 40 dərəcə isti





A+  A-

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti sabahın hava proqnozunu açıqlayıb.
Qurumdan XəzərNews.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında avqustun 1-də hava şəraitinin dəyişkən buludlu olacağı, yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-qərb küləyi əsəcək, arabir güclənəcək.
Havanın temperaturunun Abşeron yarımadasında gecə 23-26, gündüz 31-36, Bakıda gecə 24-26, gündüz 33-35 dərəcə isti olacağı gözlənilir.
Atmosfer təzyiqi norma daxilində 761 mm civə sütunu, nisbi rütubət 50-60 faiz təşkil edəcək.
Abşeron çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 24-25, Zaqulba, Buzovna, Mərdəkan, Şüvəlanda 25-26, Türkan, Hövsan, Sahil, Şıxda 26-27 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturunun gecə 21-26, gündüz 35-40, dağlarda gecə 15-20, gündüz 27-32 dərəcə isti olacağı gözlənilir.

Xəbər 2667 dəfə oxunub.




10.07.2025  13:20 

Hava ilə bağlı XƏBƏRDARLIQ

10.07.2025  10:35 

Neftin qiyməti 76 dolları keçdi


BÜTÜN XƏBƏRLƏR +