Noutbuk və müşahidə kamerası oğurlanıb
Ərdoğan prezident seçkilərinin tarixini açıqladı
İlham Əliyev Əbu-Dabiyə getdi
Əbu-Dabi görüşü nə vəd edir? - ŞƏRH
Osmanlı Restoranda - Sumaq qum, dönər zəhər kimi...
Trampın taarif siyasəti ABŞ-a 300 milyard dollar qazandıracaq
Rəsmi Bakıdan İranın Ermənistandakı səfirinə CAVAB
Qaynar xətt işləmir, cavab verən yoxdur... - Həmkarları tənqid etdi
Bəşir Süleymanlının həbs müddəti uzadıldı
Rusiya Paşinyanı devirmək üçün... - Yerevana ordu göndərir


01.07.2017  09:43 

İki ağac kəsdi, 2700 manat cərimə olundu





A+  A-

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin "Qaynar xətt" inə Xətai rayonu Qaçaq Nəbi küçəsi 9A ünvanında ağacların qanunsuz kəsilməsi bağlı bir qrup sakin tərəfindən şikayət nazirliyin əməkdaşları tərəfindən dərhal yerində araşdırılıb.
Nazirlikdən XəzərNews.az-a daxil olan xəbərə görə, araşdırma zamanı Bakı Şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma Baş İdarəsinin 30.09.2016-cı il tarixli 18/03-8/2924 nömrəli razılıq məktubuna və Xətai Rayon İcra Hakimiyyətinin 26.01.2017-ci il tarixli 29 nömrəli sərəncamına əsasən Xətai rayonu Qaçaq Nəbi küçəsi 9A ünvanında yaşayış binasının tikintisi üçün Həmzəyev Vaqif Bilal oğluna 0,4 hektar torpaq sahəsinin ayrıldığı, 2 ədəd ağacın qanunsuz kəsildiyi və həmin ərazinin hasara alınması nəticəsində yaşköküstə 69 ədəd ağacın məhv edilməsi təhlükəsinin olduğu faktı müəyyən edilib.

Araşdırma ilə bağlı akt tərtib olunub, 2 ədəd ağacın kəsilməsinə görə torpaq istifadəçisinə 2700 manat ziyan tətbiq edilib. Ərazidə mövcud olan ağacların qorunub mühafizə olunmasının təmin edilməsi məqsədilə Bakı şəhəri İcra Hakimiyyətinə rəsmi qaydada müraciət olunub.

Faktla bağlı toplanmış materiallar məsələyə hüquqi qiymət verilməsi, təqsirkar şəxslərin məsuliyyətə cəlb edilməsi və hasara alınmış ərazidə mövcud olan ağacların məhv edilməsinin qarşısının alınması məqsədilə Baş Prokurorluğa göndərilib və cinayət işi başlanılıb.

Xəbər 2897 dəfə oxunub.




09.07.2025  14:51 

İlham Əliyev Əbu-Dabiyə getdi

09.07.2025  11:54 

Rusiyada avtomobil bazarı çökür


BÜTÜN XƏBƏRLƏR +