Müharibə zamanı Azərbaycan humanitar yardıma hazır idi - Pezeşkian
Tramp: Moskvanı cəhənnəmə çevirəcəyəm – Detallar
Tələbə asılmış vəziyyətdə tapılıb
Ukrayna dronları Moskvaya hücum edib
28 azərbaycanlı Almaniyadan geri qaytarıldı
Zəngəzur dəhlizinin arxasında ABŞ və NATO dayanıb?
Prezident İldırım Vəliyevlə bağlı sərəncam İMZALADI
Şəkidə TIR yandı
İlham Əliyev Trampa başsağlığı verdi
Prezident onlara rütbələr verdi


08.05.2017  14:11 

Banklar niyə depozit hərracında maraqlıdırlar?





A+  A-

İqtisadçı ekspert Samir Əliyev bankların Mərkəzi Bankın keçirdiyi depozit hərraclarına marağın artmasının səbəblərindən yazıb.
XəzərNews.az xəbər verir ki, o, qeyd edib ki, manatın son vaxtlar sabitləşməsi və hətta müəyyən qədər bahalaşması bankların manata inamını qısamüddətli olsa da bərpa edə bilib: “İkinci səbəb isə, depozitlərin qısamüddətli olmasıdır. Depozitin müddəti əvvəllər 28 günlük olsa da, sonralar 14-ə endirildi. Müddətin qısaldılması və manatın məzənnəsində qısa müddətdə ciddi dəyişikliyin olmayacağı qənaəti bankları depozit yatırmağa həvəsləndirib. Üçüncü səbəb riskin olmamasıdır. Kreditlərdən fərqli olaraq Mərkəzi Bankda yerləşdirilən depozitlərin geri qaytarılması təhlükəsi yoxdur. Nəhayət, sonuncu səbəb böyük xərc tələb etməməsidir. Mərkəzi Bankda depozit yerləşdirmək üçün kredit verilişində olduğu kimi xərclərə (məsələn, əlavə işçi saxlanması) ehtiyac yoxdur”.

Ekspert təəsüflə hərracda iştirak edən bankların adlarının açıqlanmadığını vurğulayıb: “Məlum deyil ki, neçə bank hərracda depozit yerləşdirir. İstisna deyil ki, əsas iştirakçılar bir neçə bankdır. Mərkəzi Bank hərraclarda rəqabət mühitini təmin etmək üçün büdcə pullarına çıxışı olan bankların iştirakını məhdudlaşdırmalıdır. Çünki heç kim zəmanət verə bilməz ki, büdcə pulu həmin istiqamətə yönləndirilmir.

Bir bank 14-16%-lə manat əldə edir, digər bank isə havayı. Birinci üçün indiki faiz dərəcəsi cəlbedici deyil, amma ikincinin büdcə pullarını (maaş, pensiya, sosial müavinət və s.) ləngitməklə əlavə qazanc əldə etməsinə imkan verir”.

Xəbər 3169 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

08.07.2025  17:13 

Şəkidə TIR yandı

08.07.2025  17:00 

Prezident onlara rütbələr verdi

08.07.2025  16:51 

Fərid Abuşov işdən çıxarıldı


BÜTÜN XƏBƏRLƏR +