Qoz infarkt keçirmə riskini 46 faiz azaldır
26 yaşlı qız öz mənzilində döyülərək öldürülüb
Polkovnikin qətlində Nərmin Quliyeva şübhəli bilinir
DTX “Vaqner”çiləri saxladı... - Bakıda
Ukraynanın bərpasına 10 milyard avroluq dəstək...
Ursula fon der Leyenə etimadsızlıq səsverməsi rədd edildi
Azərbaycan XİN-dən Əbu-Dabi görüşü ilə bağlı... - Açıqlama
Məhbusların ailəsini söyən Toliklə bağlı qərar verildi
Ermənistan və Azərbaycanın ortaq düşməni: Kreml
Əbu-Dabi görüşü başa çatdı


27.03.2024  21:29 

Parkinq qiymətlərinin qalxmasının PƏRDƏARXASI - Nə baş verir?





A+  A-

Parkinq qiymətlərinin artması avtomobili olan şəxslərin narazılığına səbəb olur. Hər keçən gün bu sahədə qiymət artımı ilə rastlaşırıq. Bunun səbəbini şəxsi avtomobildən istifadənin azaldılması, əsas üstünlüyün ictimai nəqliyyata verilməsi ilə əlaqələndirirlər.

Xəzərnews.az xəbər verir ki, məsələ ilə bağlı Yenisabah.az-a danışan nəqliyyat eksperti Eldəniz Cəfərov bu fikri dəstəkləmədiyini vurğulayıb:

“Parklanma qiymətlərinin kəskin artması şəxsi avtomobildən istifadəni azaltmayacaq. Bu baş verməyəcək, çünki insanları avtomobilləşməyə sövq edən amillər fərqlidir. Sözügedən məsələdə başlıca səbəb ictimai nəqliyyatdakı vəziyyətin bərbad olması, pis işləməsidir. Vətəndaşlar belə olan halda məcburdurlar ki, avtomobil alaraq, onu istismar etsinlər. İnsanların qarşısında belə bir məcburiyyət var. Ona görə də, parklanma qiymətlərinin yüksək olmasına rəğmən insanlar bu xidmətdən istifadə edəcəklər”.

Ekspert bildirir ki, avtomobilləşmənin qarşısını almaq üçün bir sıra problemləri həll etmək lazımdır:

“Avtomobildən istifadənin azalması üçün bir sıra məsələləri həll etmək lazımdır. Burada ilk olaraq, ictimai nəqliyyatda yaranan problemlərə nəzər salarıq, həll yolları düşünülməlidir. İctimai nəqliyyat yaxşı, keyfiyyətli xidmət göstərəndən sonra mobilləşmənin də sayında kifayət qədər artım müşahidə edə bilərik”.



Xəbər 2606 dəfə oxunub.




10.07.2025  13:20 

Hava ilə bağlı XƏBƏRDARLIQ


BÜTÜN XƏBƏRLƏR +