İsrail-Türkiyə müharibəsi başlaya bilər?
Zatulin münasibətlərin gərginləşəcəyi anonsunu verdi
Rus əsgəri 17 yaşlı qızı sərxoş edib zorladı
Prezident Sərdar Ayaz Sadiqi ilə görüşdü
AzerRos kimi təxribatçı adlandırır?
Mərkəzi Bankın milyonluq tenderi baş tutmadı
Vətəndaşın bu borcunu dövlət qaytaracaq
Tverdə azərbaycanlılar saxlanıldı
Tramp Maskın yeni partiyasına sərt reaksiya verib
Xaricdəki diplomatlarımız Bakıya çağırılıb


03.07.2025  17:33 

Ruslar Odessanı “İsgəndər”lə vurdu: İki nəfər ölüb, üç nəfər yaralanıb





A+  A-

İyulun 3-də günortadan sonra ruslar Odessaya ballistik raket zərbəsi endirib, iki nəfər həlak olub.

XəzərNews.az xəbər verir ki, bu barədə regional hərbi administrasiyanın rəhbəri Oleq Kiper “İnter” telekanalı tərəfindən yayımlanan telemarafon zamanı bildirib.

"Liman infrastrukturu ballistik kasetli raketlə vurulub, bu qadağandır. Təəssüf ki, iki nəfər ölüb. Yaralanan 3 nəfər var, onlara yerində tibbi yardım göstərilir. Biri yük maşınının sürücüsüdür, digərinin şəxsiyyəti müəyyənləşdirilir", - Kiper bildirib.

Odessada təxminən saat 13:00-da baş verən partlayışdan əvvəl Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələri müvəqqəti olaraq işğal olunmuş Krımdan ballistik silahların tətbiqi təhlükəsi barədə xəbərdarlıq edib.

Ukraynanın yenidən qurulması üzrə baş nazirin müavini Oleksiy Kuleba Telegram-da bildirib ki, düşmən Odessaya zərbə endirmək üçün “İsgəndər” raketindən istifadə edərək Odessa dəniz limanının yanalma məntəqələrindən birinin ərazisini vurub.

Xəbər 610 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər


BÜTÜN XƏBƏRLƏR +