Səkiləri sökür, parkinq edirlər - Foto
Sabah Bakıda yağış yağacağı ehtimalı var - Proqnoz
Xamenei müharibədən sonra ilk dəfə göründü - Video
Rusiya 5-7 ildən sonra Estoniyaya hücum edə bilər
Ukrayna daha bir rus təyyarəsini vurdu
Fındıq mafiyası bağları ucuz qiymətlə məhv edir
Arxiv İdarəsinin rəisi istirahətdə olarkən vəfat edib
Gərginliyin səbəbi: Dəhlizə Rusiya yox, ABŞ nəzarət edəcək...
Cəlilabadda baş həkimin yerinə təyinat oldu
Tramp evdə xanımına necə müraciət edir?


25.05.2019  10:43 

Əmrə Bəlözoğlu “Fənərbaxça”ya dönür





A+  A-

Türkiyə milli komandasının sabiq futbolçusu Əmrə Bələzoğlu “Fənərbaxça”ya qayıdır.
XəzərNews.az xəbər verir ki, bunu onun hazırda formasını geyindiyi “Başakşəhər” klubunun prezidenti Göksəl Gümüşdağ yerli mətbuata açıqlamasında bəyan edib. O, Super Liqanın sonuncu turunda “Alanyaspor”a qarşı keçirdikləri oyundan (1:1) sonra Əmrənin ayrılacağı barədə xəbərləri rəsmən təsdiqləyib:

“Əmrə “Başakşəhər”in simvoluna çevrildi. Özü ilə görüşdüm, daha bir il bizimlə qalmasını istədim. Amma o, “icazə versəniz, karyeramı “Fənərbaxça”da başa vurmaq istəyirəm” dedi. Mən də icazə verdim. “Fənərbaxça” Əmrənin yuvasıdı”.

39 yaşlı futbolçunun dörd ildi şərəfini qoruduğu “Başakşəhər”lə müqaviləsi bu yay sona çatır. Bu üzdən də o, sabiq klubuna “azad agent” statusu ilə qayıdacaq.

Əmrə 2008-12 və 2013-15-ci illərdə “Fənərbaxça”nın şərəfini qoruyub. O, 4 il əvvəl müqaviləsi yenilənmədiyi üçün İstanbulun digər komandasına keçmişdi.

Xəbər 2985 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +