Zaur Mikayılovun qudaları vəzifədə... - FOTO
PA-nın adından 4500 manatlıq dələduzluq
Baş nazirin adından saxta sənəd hazırlayan sahibkar cəzalandırıldı
Bir sıra dövlət xadimləri adından saxta açıqlamalar yayılır
Bakının bu hissələri işıqsız qalıb
İmamoğlunun magistr diplomu da ləğv edildi
Səsyazısı yayılan direktora töhmət verildi
Sulutəpə sakinlərindən ŞİKAYƏT: “Ərazidə bir transformator var idi, onu da sökdülər“
Xaricdə yaşayan blogerə hökm oxunub
Dövlət qurumu MTK rəhbərindən çıxarış üçün pul istəyir?


29.05.2025  15:16 

“Komedixana”nın aktrisası evli rejissorla eşq yaşayıb?





A+  A-

2019-cu ildən “Xəzər” telekanalında yayımlanan “Komedixana” layihəsi illərdir izləyicilər tərəfindən sevilir. Layihənin ulduzları isə tamaşaçıların daim diqqət mərkəzindədir.

Bəs “Komedixana”nın ulduzlarından olan aktrisa Mələk Kazımova kimdir?

XəzərNews.az “Musavat.com”a istinadən aktrisanın dosyesini təqdim edir.

Mələk Kazımova 25 iyul 1996-cı ildə Bakıda dünyaya gəlib. Mələk “Komedixana”dan öncə bir neçə filmdə rol alıb.

“Komedixana” və TikTok-dakı fəalliyəti ilə diqqət çəkən Mələk Kazımova haqqında mediada çox xəbərə rast gəlinmir. O, 135 minlik instaqram hesabında da aktivdir. Mələk daha çox “Komedixana”dan və etdiyi səyahətlərdən paylaşımlar edir.

Şəxsi həyatını mediadan gizlədən aktrisanın haqqında xəbərlər qızının doğulması və evli rejissorla münasibəti barədədir.

Belə ki, 2017-ci ildə aktrisanın rol aldığı “Mahmud baba” serialının rejissoru Samir Kərimoğlu ilə eşq yaşaması gündəm olmuşdu.

O isə münasibətlərini “ölkə.az”a müsahibəsində belə şərh etmişdi:

“Münasibətimiz var idi deməzdim. Nə münasibət var idi, nə münasibət yox idi. Belə bir durum idi.Hər kəsin ailəsinə hörmətlə yanaşıram. Onun da ailəsi, övladları var. Düşünürəm ki, münasibətdən söhbət gedə bilməzdi. Amma ona oxşar bir şey var idi.

Mən də əvvəlcə düşündüm ki, alınmaz. Amma sonradan nəsə inandım da mən (gülür). O barədə danışmaq, çox dərinə getmək istəmirəm”.

İki il öncə aktrisanın qız övladı doğulması barədə xəbərlər yayılmışdı.

Mələk Kazımova yol polisinin qarşısında yol hərəkəti qaydalarını kobud şəkildə pozması, çəkdiyi siqaretin kötüyünü yerə atması ilə də gündəmə gəlib.

Xəbər 2807 dəfə oxunub.




BÜTÜN XƏBƏRLƏR +