Ərə verilən 14 yaşlı qız danışdı - Açıqlama
Mahmud Şərifov saxlanılıb - Dələduzluğa görə...
Rüfət Hacıyevin ən bahalı əmlakları özünə qaytarıldı - Siyahı
Rəşad Dağlı amnistiyaya düşəcək?
Naxçıvanda 85 nəfər məsuliyyətə cəlb edilib
SOCAR-ın maliyyə hesabatındakı bəzi qeydlər niyə yığışdırlıb?
Təsadüfün qazandırdığı yarım milyon dollar
Cəmil Həsənli yenə DTX-ya çağırılıb
Bu halda: 66 nəfər həlak olub, 84 nəfər xəsarət alıb
Bu vərəsələrə müavinət ödəniləcək


26.05.2021  09:46 

Teymur Rəcəbov Karlsenə məğlub oldu





A+  A-

Norveçli dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi “Champions Chess Tour” onlayn seriyasının altıncı mərhələsinin - “The FTX Crypto Cup” turnirinin təsnifat mərhələsinin son partiyaları oynanılıb.
XəzərNews.az xəbər verir ki, yarışda iştirak edən şahmatçımız Teymur Rəcəbov ilk qarşılaşmada niderlandlı Aniş Giriyə uduzub. Sonrakı turda rəqibi çinli Liren Dinqə qalib gələn şahmatçımız növbəti partiyalarda rusiyalı şahmatçılar Aleksandr Qrişuk, Daniil Dubovla xalı yarı bölüb. Son turda Maqnus Karlsen ilə üz-üzə gələn təmsilçimiz bu qarşılaşmada məğlub olub.

Şəhriyar Məmmədyarov isə ilk qarşılaşmada argentinalı Alan Piçota qalib gəlib. Sonrakı turlarda Aniş Giri, Liren Dinq, Aleksandr Qrişuk ilə heç-heçə etsə də, son turda Daniil Dubova uduzub.

Şahmatçımız Teymur Rəcəbov təsnifat mərhələsində yekun nəticədə 8,5 xal toplayaraq 7-ci pillədə qərarlaşmaqla pley-offa vəsiqə qazanıb.

Şəhriyar Məmmədyarov isə 7,5 xalla 10-cu yeri tutub.

Qeyd edək ki, təsnifat mərhələsinin yekunlarına görə, ilk səkkizlikdə yer alan şahmatçılar pley-offa iştirak etmək hüququ qazanıblar. “The FTX Crypto Cup” turnirinin təsnifat mərhələsində 16 şahmatçı mübarizə aparıb. “Champions Chess Tour” onlayn şahmat seriyası 10 turnirdən ibarətdir.

Xəbər 3365 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +