İcra hakimiyyətlərində bu şöbələr ləğv edildi
Rusiya Müdafiə Nazirliyinin saytı haker hücumuna məruz qalıb
Mehdiyevlə Şərurlu İsfəndiyar arasında əlaqə var - MƏHKƏMƏ
Tanınmış müğənni vəfat etdi -FOTO
Oğlu həbs olunan general danışdı: “Hələ görüş vermirlər”
“Oyunla bağlı danışmaq istəmirəm, çünki...”-Koxalski sərt danışdı
DGK-nin 5 əməkdaşı saxlanıldı
DSMF 51,5 milyonluq iki tender elan edib
Rəşad Daşdəmirov həbs edildi
Generalın oğlu... - Və daha kimlər saxlanıldı?


09.12.2025  15:56 

Kimlər evdən işləyə biləcək?





A+  A-

“Əmək Məcəlləsində məsafədən iş, yəni distant iş anlayışı təsbit olunur. Bu anlayışa əsasən, əmək funksiyasının məsafədən icrasına imkan verən elektron, proqram-texniki və telekommunikasiya vasitələri ilə yerinə yetirilməsi mümkün olan işlər distant şəkildə görülə bilər. Yəni bilavasitə iş yerində olmağı tələb etməyən və elektron-kommunikasiya imkanları ilə icrası mümkün olan fəaliyyətlər məsafədən təşkil olunacaq”.

XəzərNews.az xəbər verir ki, bunu “Yeni Sabah”a Əmək Hüquqlarını Müdafiə Liqasının sədri Sahib Məmmədov bildirib.

O qeyd edib ki, hansı işlərin distant (məsafədən) görülə biləcəyini isə işəgötürən müəyyənləşdirir:

“Məsələn, dövlət sektorunda vahid qaydalar tətbiq oluna bilər, lakin özəl sektorda bu qərar işəgötürənin səlahiyyətindədir. Əməyin ödənişinə gəldikdə, əməkhaqqı qanunvericiliklə müəyyən edilmiş minimum əməkhaqqından aşağı olmamaq şərti ilə işçi və işəgötürən arasında qarşılıqlı razılaşma əsasında müəyyən edilir. Əsas şərt ondan ibarətdir ki, əmək qanunvericiliyində nəzərdə tutulan hüquqlar, o cümlədən minimum əməkhaqqı ilə bağlı tələblər pozulmasın”.

Xatırladaq ki, Əmək Məcəlləsinə "Məsafədən (distant) iş" anlayışı əlavə edilir. Bununla bağlı təklif layihəsi Milli Məclisin Regional məsələlər komitəsinin bugünkü iclasında müzakirə olunub.

Xəbər 1079 dəfə oxunub.




11.12.2025  14:38 

DGK-nin 5 əməkdaşı saxlanıldı

11.12.2025  14:16 

Rəşad Daşdəmirov həbs edildi

11.12.2025  13:32 

Tokayev Pezeşkianla görüşdü

11.12.2025  11:20 

Faktiki hava: Rayonlara qar yağır

11.12.2025  10:16 

Voronejdə hava hədəfi vurulub

11.12.2025  10:00 

DYP sürücülərə müraciət etdi


BÜTÜN XƏBƏRLƏR +