Banklar niyə bəzi valyutaları almır?
Heydərov yeni rəis əvəzi təyin etdi
Zalxa Osmanova vəzifəsindən azad edilib
Rusiyanın 115 milyard avrosu Ukraynaya verilir
Güllələnənən şəxs Mətanət Quliyevanın oğludur
Neftin qiyməti aşağı düşdü
Müşfiqabad və 28 Mayda işıq olmayacaq
Evlər, həyətlər, Hətta küçələr də suya qərq olub... - Video
Məcburi köçkünlərə verilən müavinət dayandırılacaq
Ərdoğan Viktor Orbanla görüşüb


18.10.2018  19:17 

MTN generallarının məhkəməsində şərti cəza alanlar azadlığa buraxıldı





A+  A-

Bakı Apellyasiya Məhkəməsində ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Monitorinq Mərkəzinin sabiq rəisi, general-mayor Teymur Quliyev, Transmilli İqtisadi Cinayətkarlığa Qarşı Mübarizə Baş İdarəsinin sabiq rəisi, general-mayor Sübahir Qurbanov, həmin qurumun digər vəzifəli şəxsləri Füzuli Əliyev, Zaur Məmmədov, Natiq Alıyev, Fərhad Atayev, Anar Şirəliyev və Elşad Əzizovun Bakı Hərbi Məhkəməsinin hökmündən verdikləri apellyasiya şikayəti üzrə məhkəmə prosesi başlayıb.
XəzərNews.az Trend-ə istinadən xəbər verir ki, hakim Sahibxan Mirzəyevin sədrliyi ilə keçirilən prosesdə bildirilib ki, təqsirləndirilənlərdən Anar Şirəliyevin cəza müddəti başa çatsa da, o azadlığa buraxılmayıb.

Prosesdə MTN generalı Sübahir Qurbanovun vəkili Adil İsmayılov vəsatət vərərək apellyasiya şikayətinin qismən istintaq yolu ilə aparılmasını istəyib.

Teymur Quliyevin vəkili vəsatət verərək Rabitə Nazirliyinin keçmiş aparat rəhbəri Vidadi Zeynalovun məhkəməyə çağırılaraq dindirilməsini istəyib.

Vəsatətlərin heç biri təmin edilməyib. Şərti cəza alan Eşqin Əliyev, Anar Şirəliyev, Fərhad Atayev, Elşad Əzizov məhkəmə iclas zalından azadlığa buraxılıb.

Məhkəmə baxışı oktyabrın 29-a təyin edilib.

Qeyd edək ki, Bakı Hərbi Məhkəməsinin hökmü ilə Transmilli İqtisadi Cinayətkarlığa Qarşı Mübarizə Baş İdarəsinin sabiq rəisi, general-mayor Sübahir Qurbanov 14 il, Monitorinq Mərkəzinin sabiq rəisi, general-mayor Teymur Quliyev 12 il, MTN-in digər vəzifəli şəxsləri Füzuli Əliye 14 il, Zaur Məmmədov 10 il 6 ay, Natiq Alıyev 10 il 6 ay, Anar Şirəliyev 3 il, Eşqin Əliyev 3 il müddətinə azadləqdan məhrum ediliblər.

Digər təqsirləndirilənlər Əməliyyat-texniki İdarənin rəisi, general-mayor Natəvan Mirvətova 5 il, onun idarəsinin əməkdaşı Fərhad Atayev 3 il, Elşad Əzizov 3 il sınaq müddəti təyin edilməklə şərti cəza seçilib.

Xəbər 3515 dəfə oxunub.




09.12.2025  10:06 

Neftin qiyməti aşağı düşdü

08.12.2025  18:45 

Ərdoğan Viktor Orbanla görüşüb

08.12.2025  18:32 

DSX-nin kapitanı həbs edildi

08.12.2025  17:51 

ASCO-da seminar keçirilib - Foto

08.12.2025  16:39 

Təyyarə qəzası...-Ölənlər var


BÜTÜN XƏBƏRLƏR +