Mənsimovun stadionunu Şeyxin sabiq mühafizəçisi alıb
Həbibbəylinin intihar edən qohumunun - Fotosu
Nazir idarə rəisini işindən azad etdi
DSMF-nin gələnilki büdcəsi qəbul edildi
Qənimət Zahidovun məhkəməsi keçirilib
Sabunçuda yaşayış evində partlayış
Milli Məclisdə plenar iclas keçirilir
Banklar niyə bəzi valyutaları almır?
Heydərov yeni rəis əvəzi təyin etdi
Zalxa Osmanova vəzifəsindən azad edilib


06.08.2024  12:52 

Tanınmış idmançı azadlığa buraxılıb





A+  A-

Xuliqanlıqda ittiham olunan MMA və Qrapplinq Federasiyasının qarışıq döyüş növləri üzrə tanınmış idmançı Vüqar Kərəmov azadlığa buraxılıb.

Xəzərnews.az xəbər verir ki, cəza müddəti başa çatan Vüqar Kərəmov saxlandığı İstintaq Təcridxanasından sərbəst buraxılıb. Onunla birgə ittiham olunan Ruslan Əfəndiyev və tələbələri – Xəzər Rüstəmov və Rüfət Əsədov bir neçə gün qabaq azadlığa çıxıb.

Qeyd edək ki, hadisə ötən il Səbail rayonu ərazisində baş verib.

İttihama görə, təqsirləndirilən idmançılar “Rizin” Döyüş Federasiyasının paytaxtda təşkil etdiyi turnirlə bağlı toplaşarkən mübahisə yaranıb. Mübahisə zamanı idmançı Həsən Əzizov döyülüb.

Cinayət işinin istintaqı Bakı Şəhər Baş Polis İdarəsi tərəfindən aparılıb. Bu il yanvarın 31-də Ruslan Əfəndiyev və onun tələbələri – Xəzər Rüstəmov, Vüqar Kərəmov və Rüfət Əsədov barəsində həbs qətimkan tədbiri seçilib. Tofiq Musayev və Mehman Məmmədov istintaq dövrü müddəti üçün həbslə bağlı olmayan qətimkan tədbiri seçilib. Daha sonra təqsirləndirilən şəxslərə Cinayət Məcəlləsinin 221.2.1-ci (bir qrup şəxs tərəfindən və ya təkrarən xuliqanlıq törədildikdə) maddəsi ilə yekun ittiham irəli sürülüb.

İstintaqın sonunda iş üzrə təqsirləndirilən Mehman Məmmədovun barəsindəki cinayət işinə bəraətverici əsaslarla xitam verilib.

Səbail rayon Məhkəməsinin hökmü ilə Xəzər Rüstəmov, Rüfət Əsədov və Ruslan Əfəndiyev, Vüqar Kərəmovun hər biri 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Tofiq Musayev isə 1500 manat miqdarında cərimə edilib.

Xəbər 7279 dəfə oxunub.



09.12.2025  10:06 

Neftin qiyməti aşağı düşdü

08.12.2025  18:45 

Ərdoğan Viktor Orbanla görüşüb

08.12.2025  18:32 

DSX-nin kapitanı həbs edildi

08.12.2025  17:51 

ASCO-da seminar keçirilib - Foto


BÜTÜN XƏBƏRLƏR +