Putin yalnız mənimlə danışıq apara bilər - Zelenski
Məktəbdə atışma: Xeyli sayda ölü və yaralı var
16 yaşlı yeniyetmə 8 yaşlı oğlana təcavüz edib
Jurnalist Rahib Qəribi döydülər
Diplomatik təxribat...
Berdıməhəmmədov Azərbaycana səfər edəcək
Topçubaşovun 130 illiyi qeyd ediləcək - Sərəncam
Bakıda 36° isti olacaq
“Həkim 6 min pul aldı, yenidoğulmuş övladım öldü
Zaxarova Medinskinin açıqlamasından danışdı


23.05.2025  19:02 

Türkiyə təcrübəsi Azərbaycanda





A+  A-

Türkiyənin Dövlət Maliyyəsinin Rəqəmsallaşdırılması təcrübəsi Azərbaycana ötürülür.

XəzərNews.az xəbər verir ki, Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi (TİKA) və Türkiyə Respublikası Xəzinə və Maliyyə Nazirliyinin Mühasibat Baş İdarəsinin birgə əməkdaşlığı çərçivəsində Bakıda Azərbaycan Respublikası Maliyyə Nazirliyinin mütəxəssisləri üçün “Dövlət Maliyyə İdarəetmə İnformasiya Sistemi Təlimi” təşkil olunub.
Təlim, Mühasibat Baş İdarəsinin Xərclər və Aktivlərin İdarə Edilməsi Şöbəsinin müdiri Sərtaç Bezci rəhbərliyində Türkiyədən gəlmiş təlimçilər tərəfindən 20–23 may tarixlərində Maliyyə Nazirliyində keçirilib. Təlimdə 51 rəhbər şəxs və mütəxəssis iştirak edib.
Təlimin açılış mərasimində Azərbaycan Respublikası Maliyyə Nazirliyinin İdarəetmə İşləri üzrə rəhbəri Natiq Həsənov, Türkiyə Mühasibat Baş İdarəsinin Xərclər və Aktivlərin İdarə Edilməsi Şöbəsinin müdiri Sərtaç Bezci, TİKA Bakı Proqram Koordinatoru Hayreddin Özçelik iştirak ediblər.
Tədbirdə çıxış edən Azərbaycan Respublikası Maliyyə Nazirliyinin İdarəetmə İşləri rəhbəri Natiq Həsənov iki ölkə arasındakı güclü münasibətlərin dövlət maliyyəsi sahəsində də davam etdiyini vurğulayaraq, təşkil olunan bu təlimin Türkiyənin bu sahədəki təcrübəsinin Azərbaycana ötürülməsi baxımından çox faydalı olduğunu qeyd edib. Natiq Həsənov təlimin təşkilində əməyi keçən Türkiyə Respublikası Xəzinə və Maliyyə Nazirliyinə və TİKA-ya təşəkkürünü bildirib.
Mühasibat Baş İdarəsinin Xərclər və Aktivlərin İdarə Edilməsi Şöbəsinin müdiri Sərtaç Bezci isə çıxışında bildirib: “Uzun müddətdir üzərində çalışdığımız və tətbiq etdiyimiz dövlət maliyyə idarəetmə informasiya sistemi ilə bağlı bilik və təcrübəmizi paylaşmaq, qardaş ölkə Azərbaycanla bu sahədə qarşılıqlı öyrənmək məqsədilə Bakıda olmaqdan məmnunluq duyuruq.”
TİKA Bakı Proqram Koordinatoru Hayyeddin Özçelik isə qeyd edib: “Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə dövlət maliyyəsinin idarə olunması sahəsində atılan qətiyyətli addımları və bu sahədə göstərilən uzaqgörən yanaşmanı təqdirlə izləyirik. TİKA olaraq həyata keçirdiyimiz bu təlim proqramı vasitəsilə Türkiyənin dövlət maliyyəsinin rəqəmsallaşdırılması yolunda əldə etdiyi təcrübələri dost və qardaş Azərbaycanla paylaşmaqdan böyük məmnunluq duyuruq.”
Təlimin sonunda iştirakçılara sertifikatlar təqdim olunub.




Xəbər 550 dəfə oxunub.




10.06.2025  16:07 

Diplomatik təxribat...

10.06.2025  13:49 

Bakıda 36° isti olacaq

10.06.2025  10:55 

Ruslar Odessada doğum evini vurdu


BÜTÜN XƏBƏRLƏR +