YouTube platformasında yenilik var...-Mütəxəssisdən AÇIQLAMA
Co Bayden ilk dəfə xəstəliyindən yazdı
Həqiqi hərbi xidmətə çağırışla bağlı... - Sərəncam
Sobçakın da vergiyə külli miqdarda borcu var
“Toplum TV“nin əməkdaşları ilə bağlı ittiham aktı elan edildi
Telefonda danışacaqları saat bəlli oldu
Seçkidə qalib gəlsələr də... - Səs çoxluğu yoxdur
Cahangir Hacıyev 6 milyon manata yaxın pul qazanır
Terrorçulara qoşulan şəxslər Bakıya gətirildi - VİDEO
Kəmaləddin Heydərov rəisi təqaüdə göndərdi


14.12.2023  18:37 

Qazaxıstanın Müstəqillik Günü münasibətilə görüş keçirilib - Foto





A+  A-

Qazaxıstanın Azərbaycandakı Səfirliyində Qazaxıstan Respublikasının Müstəqillik Günü münasibətilə görüş keçirilib.

Xəzərnews.az xəbər verir ki, tədbirdə Azərbaycan Respublikasının dövlət xadimləri, rəsmi şəxslər, deputatlar, xarici dövlətlərin səfirləri və beynəlxalq təşkilatların nümayəndələri, tanınmış elm, mədəniyyət və incəsənət xadimləri, aparıcı analitik mərkəzlərin ekspertləri, KİV nümayəndələri, Azərbaycanda yaşayan qazaxıstanlılar iştirak ediblər.

Qazaxıstanın Azərbaycandakı Səfiri Alim Bayel öz çıxışında Müstəqillik dövründə əldə olunan əsas nailiyyətlərdən söhbət açıb. Diplomat Qazaxıstanın Azərbaycanla siyasi, iqtisadi, nəqliyyat-logistika, hərbi sahələrdə olan uğurlu əməkdaşlığına xüsusi diqqət ayırıb. O, vurğulayıb ki, hazırda ölkələrimiz tərəfindən Orta Dəhlizinin nəqliyyat-logistika potensialının inkişafı, qazax neftinin Azərbaycan vasitəsilə nəql edilməsi, Xəzər dənizinin dibi ilə fiber-optik rabitə xəttinin çəkilməsi kimi regional əhəmiyyətə malik iri layihələr həyata keçirilir. Bundan başqa, Qazaxıstandan elektrik enerjisinin Azərbaycan üzərindən Avropaya ixracı imkanları müzakirə olunur.

Azərbaycanın Xarici İşlər Nazirinin Müavini Samir Şərifov Qazaxıstanı Müstəqillik Günü münasibətilə təbrik edib və 2023-cü ildə ikitərəfli əməkdaşlığı ilə bağlı əsas nəticələri vurğulayıb. Azərbaycanın Mədəniyyət Nazirinin Müavini Fərid Cəfərov bu yaxınlarda Bakıda keçirilən Qazaxıstanın Mədəniyyət Günlərinin uğurunu qeyd edib.

İştirakçılar həmçinin Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun yeni təyin olunmuş Prezidenti Aktotı Raimkulovanı vəzifəyə başlaması münasibətilə təbrik ediblər və əvvəlki Prezident Günay Əfəndiyevaya fəaliyyətinə görə təşəkkürünü bildiriblər.

Tədbir çərçivəsində Qazaxıstana həsr olunan tematik fotosərgidən sonra qonaqlara qazax milli mətbəxinin xörəkləri təklif olunub.





Xəbər 1178 dəfə oxunub.




19.05.2025  21:59 

Məşhur aktyor nişanlandı -FOTO

19.05.2025  13:08 

Sumqayıtda qazini maşın vurub

19.05.2025  12:38 

Lavrov Ermənistana səfər edəcək


BÜTÜN XƏBƏRLƏR +