“Şəki” restoranına milyonluq kompensasiya
"Bandotdel” əməliyyat keçirdi: Saxlanılanlar var
Bakıda yeniyetmə qız itkin düşüb
Əliyevin Orbanla görüşü olub... - Məhdud tərkibdə
Tramp qudasını Fransaya səfir təyin edib
Macarıstan Beynəlxalq Cinayət Məhkəməsindən çıxır
Rusiyaya qarşı 17-ci sanksiyalar paketi təsdiqləndi
TƏBİB rəhbəri narazı stamotoloqları qəbul edəcək
Beş nəfər xəsarət alıb, 3-nün vəziyyəti ağırdır... - Partlayış
İlham Əliyev Macarıstana işgüzar səfərə gedib


20.06.2023  12:10 

“Şuşanın süqutu bizi Bəyannaməni imzalamağa məcbur etdi” - Paşinyan





A+  A-

“Şuşanın süqutu prosesi 2020-ci il noyabrın 9-da hərbi əməliyyatların dayandırılması haqqında Bəyannaməni imzalamağa məcbur etdi”.

XəzərNews.az erməni mediasına istinadla xəbər verir ki, bu barədə Ermənistan Milli Assambleyasının Azərbaycanla 44 günlük müharibə şəraitini araşdırmaq üzrə təhqiqat komissiyasının iclasında Baş nazir Nikol Paşinyan deyib.

Paşinyan qeyd edib ki, söhbət Şuşanın təkcə simvolik deyil, həm də strateji mənada itirilməsindən gedir:

“Şuşanın itirilməsindən sonra Stepanakert (Xankəndi) faktiki olaraq hücuma məruz qalacaq, Martuniyə təzyiq istər-istəməz artacaq, Ermənistan Silahlı Qüvvələrinin 25 minə yaxın əsgəri mühasirə təhlükəsi altında qalacaqdı”.

Paşinyan bəyan edib ki, 9 noyabr 2020-ci il bəyanatı müharibəni dayandırmaq üçün 5-ci cəhd olub:

“Bu barədə ilk söhbət oktyabrın 7-də Rusiya prezidenti Vladimir Putinə zəng edərək ad gününü təbrik edəndə olub. Həmin söhbət zamanı Rusiya prezidenti Paşinyanın güzəştə getmək istəyinin vacibliyini vurğulayıb. Rusiya prezidenti atəşkəsin tezliklə əldə olunması üçün vasitəçilik səyləri göstərmək istədiyini bildirib”.

“Fikrimiz ondan ibarət idi ki, ilkin şərt qoymadan atəş dayandırılmalı, tərəflər hələlik öz mövqelərində qalmalı, bundan sonra tərəflərin hansı kompromislərə getməyə hazır olduqları ilə bağlı danışıqlar başlamalıdır. Dedim ki, bu variant bizim üçün məqbuldur. Həmin gün axşam saatlarında Rusiya Federasiyasının Prezidenti ilə ikinci telefon danışığım oldu və o, Azərbaycan Prezidenti ilə danışdığını dedi, lakin o, atəşkəslə razılaşmağa hazır olmadığını, o, atəşkəs rejiminin yaradılmasına razılıq vermədi”, - Paşinyan bildirib.

Paşinyan qeyd edib ki, Vladimir Putin ertəsi gün Əliyevlə yenidən danışmağa razı olduğunu bildirib:

“Ertəsi gün Rusiya prezidenti Paşinyana Azərbaycan tərəfinin atəşkəs üçün ilkin şərt olduğunu, Füzulinin döyüşsüz onlara təslim olacağını gözlədiklərini, Ermənistan silahlı qüvvələrinin Araz çayı boyunca Xudafərin su anbarına qədər geri çəkilməli olduğunu bildirdi”.

Xəbər 1385 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

20.05.2025  13:12 

Sabahdan istilər başlayır

20.05.2025  11:38 

Sibiqa Brüsselə gedir

19.05.2025  21:59 

Məşhur aktyor nişanlandı -FOTO


BÜTÜN XƏBƏRLƏR +