“Şəki” restoranına milyonluq kompensasiya
"Bandotdel” əməliyyat keçirdi: Saxlanılanlar var
Bakıda yeniyetmə qız itkin düşüb
Əliyevin Orbanla görüşü olub... - Məhdud tərkibdə
Tramp qudasını Fransaya səfir təyin edib
Macarıstan Beynəlxalq Cinayət Məhkəməsindən çıxır
Rusiyaya qarşı 17-ci sanksiyalar paketi təsdiqləndi
TƏBİB rəhbəri narazı stamotoloqları qəbul edəcək
Beş nəfər xəsarət alıb, 3-nün vəziyyəti ağırdır... - Partlayış
İlham Əliyev Macarıstana işgüzar səfərə gedib


05.07.2022  11:55 

“Hökumət xalqa açıqlama verməlidir” - Deputat





A+  A-

“Sərhədlər açılmırsa, hökumətin icra strukturlarından bununla bağlı xalqa izah verməlidir”.

XəzərNews.az xəbər verir ki, bu sözləri millət vəkili Cavanşir Paşazadə Bakupost.az -a açıqlamasında deyib. Millət vəkili quru sərhədlərin bağlı olmasının ciddi problemlər yaratdığını söyləyib:

“Sərhədlərin tezliklə açılmasının tərəfdarıyam. İnsanlar yay mövsümündə büdcələri az olsa da, qonşu ölkələrdə istirahət etmək istəyirlər. Yaxud, həmin ölkələrdə qohumları varsa, ora gediş-gəliş edirlər. Məsələn, Gürcüstanda, Türkiyədə həmyerlilərimizin sayı çoxdur. Bu kimi məsələlərə görə insanlar quru sərhədlərin açılmasını istəyir. Ona görə də sərhədlər tezliklə açılmalıdır. Açılmırsa, hökumətin icra strukturlarından biri bununla bağlı xalqa açıqlama verməlidir”.

Millət vəkili Türkiyədən Azərbaycana gələ bilməyən tələbələrin acınacaqlı durumundan da bəhs edib:

“Artıq Türkiyə və Naxçıvan arasındakı quru sərhədlər də bağlanıb. Bizim Türkiyədə tələbələrimiz var. Orada az büdcə ilə yaşayırlar. Türkiyədən daxili uçuşlarla, quru sərhədlərlə Naxçıvana gəlmələri çox əlverişli idi. Artıq onlar bu imkandan da əllərini üzüb, yardım istəyirlər. Bu yaxınlarda məsələnin öz həllini tapacağına əminəm. Onların vətənə qayıtması üçün şərait yaranmalıdır”.

Millət vəkili quru sərhədlərin hansı səbəbdən bağlı olmasıyla bağlı sualı belə cavablandırıb:

“Sərhədlərin bağlanması xəstəlikə bağlıdırsa, sərhədlərdə nəzarət gücləndirilməlidir. Sərhəd bölgələrində böyük xəstəxanalar tikilməlidir. Əgər siyasi məsələ ilə bağlıdırsa, yenə də müəyyən addımlar atılmalıdır. Əminəm ki, hökumət xalqının əziyyət çəkməsini istəməz”.



Xəbər 1499 dəfə oxunub.




20.05.2025  13:12 

Sabahdan istilər başlayır

20.05.2025  11:38 

Sibiqa Brüsselə gedir

19.05.2025  21:59 

Məşhur aktyor nişanlandı -FOTO


BÜTÜN XƏBƏRLƏR +