YouTube platformasında yenilik var...-Mütəxəssisdən AÇIQLAMA
Co Bayden ilk dəfə xəstəliyindən yazdı
Həqiqi hərbi xidmətə çağırışla bağlı... - Sərəncam
Sobçakın da vergiyə külli miqdarda borcu var
“Toplum TV“nin əməkdaşları ilə bağlı ittiham aktı elan edildi
Telefonda danışacaqları saat bəlli oldu
Seçkidə qalib gəlsələr də... - Səs çoxluğu yoxdur
Cahangir Hacıyev 6 milyon manata yaxın pul qazanır
Terrorçulara qoşulan şəxslər Bakıya gətirildi - VİDEO
Kəmaləddin Heydərov rəisi təqaüdə göndərdi


25.05.2022  12:24 

“Qiymətlər yerli monopolistlərin diktəsi ilə təyin edilir” - Sabiq nazir





A+  A-

“Rəsmi statistikanın məlumatlarına görə, Azərbaycanda 2022-ci ilin yanvar - aprel aylarında Ümumi Daxili Məhsulun həcmi 7,2%, qeyri-neft ÜDM isə 11,4% artıb. Nominal olaraq ÜDM 14.5 milyard manat və ya 57,8%, o cümlədən, qeyri-neft ÜDM müvafiq olaraq 3,7 milyard manat və 23,4% artıb. İlk baxışda bunlar yetərincə yüksək göstəricilər hesab olunmalıdı. Lakin baş vermis iqtisadi prossesləri bir qədər dərindən təhlil etdikdə, tamamilə başqa bir mənzərənin şahidi oluruq”.

XəzərNews.az xəbər verir ki, bu barədə açılqma ilə sabiq maliyyə naziri, iqtisadçı alim Fikrət Yusifov çıxış edib.

F.Yusifov bildirib ki, iqtisadiyyatın hər hansı bir sektorunda real artımlar o halda mümkündür ki, orada investisiya qoyluşları yüksələn xətlə çoxalsın:

“Azərbaycanda 2014-cü ildən bu günə qədər iqtisadiyyata və onun qeyri-neft sektoruna investisiya yatrımlarının həcmi durmadan azalır. Belə ki, əgər 2014-cü ildə iqtisadiyyata yönəldilmiş cəmi investitsiyaların (yerli və xarici investisiyalar) həcmi 27.9 milyard dollar, ondan, xarici investitsiyaların 11,7 milyard dollar olmuşdusa, bu rəqəmlər 2020-ci ildə müvafiq olaraq iki dəfə azalaraq, 13,2 milyard dollar və 6,1 milyard dollar təşkil etmişdi (https://www.stat.gov.az/source/finance/ ).

Sual olunur, 7 il ərzində iqtisadiyyata yönəldilən həm yerli və həm də xarici investisiyaların iki dəfə azaldığı bir durumda, ölkə iqtisadiyyatında baş vermis bu “artımlar” hansı hesaba əldə olunub? Cavab çox sadədir: - bu göstəricilər dünyada və təbi ki, Azərbaycanda baş verən qiymət artımlarının yaratdığı gerçək nəticələrdir. Son bir ildə ölkədə istehlak mallarının, digər məhsul və xidmətlərin qiymətlərinin necə tüğyan etdiyi hər kəsin gözləri qarşısındadır. Azərbaycanda qiymət artımlarının bir başqa özəlliyi isə ondan ibarətdir ki, qiymətlər dünya bazarlarında baş verən prosseslərlə uyğun şəkildə deyil, sadəcə yerli monopolistlərin diktəsi ilə təyin edilirlər və bu səbəbdən də real arta biləcəklərindən çox yüksək olurlar“.

Xəbər 4894 dəfə oxunub.




19.05.2025  21:59 

Məşhur aktyor nişanlandı -FOTO

19.05.2025  13:08 

Sumqayıtda qazini maşın vurub

19.05.2025  12:38 

Lavrov Ermənistana səfər edəcək


BÜTÜN XƏBƏRLƏR +