Prezidentin Macarıstan səfərindən görüntülər - VİDEO
İsrail atəşkəsi qəbul etməyə hazırdır -Netanyahu
Moskvaya PUA hücumu olub
1 ildə kartlardan 22 milyon manat oğurlanıb - Rəsmi
Eldar Qəribov bankdan nə qədər qazanır?
Alim, yoxsa separatçı?. - Qarabağa Artsax deyənlər
Polkovnik Şahin Quliyev həbs edilib
Kursk Ukrayna ordusundan azad edilib?
Sabiq müavin rüşvət aldığına görə saxlanıldı
İlham Əliyevin tarixə düşəcəyinə əminəm - Ərdoğan


01.03.2022  22:42 

Gücdən başqa güc tanımayan iki nazir...





A+  A-

Bu gün Rusiyanın iki ən tələbatlı və həm də ən məkrli nazirinin açıqlamalarını dinlədim. Heyrət etməmək mümkün deyil. Bunlar nə yeyib, nə içirlər?

Xarici işlər naziri Sergey Lavrov və müdafiə naziri Sergey Şoyqu öz əcaib açıqlamaları ilə həqiqətən də bütün dünyanı heyrətləndirirlər.

Lavrov deyir ki, Ukrayna hakimiyyəti nüvə silahı əldə etmək planlarına görə təhlükəli oyunlara başlayıb.

Sitat:
“Nüvə silahlarını əldə etmək planları ilə bağlı təhlükəli oyunlar oynayırlar. Ukraynadakı vəziyyət Qərb ölkələrinin cinayətkar rejimlə əlbir olmasının nəticəsidir".

Baxın, bunu hazırda nəinki Ukraynanı, hətta bütün Avropanı nüvə silahı ilə təhdid edən bir ölkənin - Rusiyanın baş diplomatı deyir.

Rusiyanın nüvə şantajları qarşısında Ukrayna rəhbərliyi nə etməlidi ki? Əlini əlinin üstünə qoyub, oturub gözləməlidir ki, Rusiya nə vaxt Ukraynaya atom bombası atacaq?

Lavrov Rusiyanın xarici siyasətini də bu cür natamam təfəkkürlə təyin edir, həyata keçirir.

Rusiyanın müdafiə naziri, ordu generalı Sergey Şoyqu eyni təfəkkür tərzinin daşıyıcısıdır. Şoyqu üçün bu saat Xarkovda, Ukraynanın digər şəhərlərində raket atəşləri nəticəsində ölən dinc insanların acı taleyi heç bir əhəmiyyət kəsb etmir.

Şoyqunu hətta müharibənin ilk 6 günü ərzində 6 minə yaxın Rusiya əsgər və zabitinin həlak olması da zərrə qədər narahat eləmir. Çünki bu cür şəxslər üçün insan taleyinin önəmi yoxdur. Nə qədər əsgər qırılır qırılsın, yetər ki, Rusiya öz məqsədinə nail olsun.

Ona görə də S.Şoyqunun “Rusiya məqsədinə çatana qədər müharibəni davam etdirəcək” deməsi gözlənilən idi.

Şoyqunun bu açıqlaması onu göstərir ki, Kremlin Ukraynada hərbi əməliyyatları dayandırmaq fikri yoxdur və müharibə bundan sonra da davam edəcək. Bu cür sərt mövqe onu göstərir ki, qarşıda hələ çox qanlar axacaq. Rusiyanın Ukrayna ilə atəşkəs barədə apardığı danışıqlar isə gözə kül üfürməkdən başqa bir şey deyil.

Bu nazirlər sadəcə qana susayıblar. Onlar başqa reallıqlarda yaşayırlar. Onların humanizm, sülhsevərlik anlayışları da tam fərqlidir.

Bəybala Mirzəyev

Xəbər 1943 dəfə oxunub.




21.05.2025  20:10 

Moskvaya PUA hücumu olub

21.05.2025  17:14 

Küləkli hava şəraiti davam edir

21.05.2025  16:15 

Abituriyentlərin nəzərinə!


BÜTÜN XƏBƏRLƏR +