İlham Əliyevə “Qarabağın fatehi” dedilər
Kahramanmaraşda “Azərbaycan Məhəlləsi”nin açılışı oldu
Separatçılara Yerevandan bağlamalar gəlir
Ata gizli telefon işlədən qızını öldürdü
Qərb İsrail-İran münaqişəsində dağıdıcı rol oynayır - Zaxarova
Ali Məclisə seçkiləri Prezident təyin edəcək
Bloger sevgilisinin 100 min dollarını ələ keçirdi
Həkim gənc qızın gözünü kor etdi
Sürücüyə 12 gündə 1 800 manat cərimə yazılıb
İran İsraildə xəstəxananı vurdu


14.01.2022  21:11 

“POKAZUXALIQ“ EVİMİZİ YIXDI





A+  A-

AMEA -nın prezidenti, akademik Ramiz Mehdiyev iclas keçirib. Adəti üzrə, yubiley təbrikləri və təltiflərindən sonra nəşr olunan məqalə və monoqrafiyaların kəmiyyət döyüşü başlayıb. "Döyüş" başa çatar-çatmaz elmimizi "ağ" günə, xalqımızı "rifah"a qovuşdurmuş plan işlərinin sayı və mövzusu elan edilib. Rəqəmlər yenə cuşə gəlib, titrəyib-əsib...

Xatırladım ki, akademik Abel Məhərrəmov təxminən 1500-2000 ELMİ əsərin müəllifi, 43 mükafatın, sayı bilinməyən vəzifələrin ağası, respublika, beynəlxalq və xarici ölkələrdə 21 elmi qurumun üzvü, daha nələr və nələrin sahibidir. Bundan başqa, 53 elmlər və fəlsəfə doktoru yetişdirib (Qeyri-adi adam!!!). Hələ möhtəşəm sayda ELMİ əsərlərin, təltiflərin, daha nələr və nələrin müəllifi akademik İsa Həbibbəylini və digər nəhəng qrantmeysterləri demirəm.

Deyirəm, ay Allah, rəhmin gəlsin bir neçə vəzifə tutan bu möhtəşəm və möhtərəm akademiklərimizə! Yazıqlar gecə-gündüz dayanmadan ELMİN sirlərini faş edib bəşəriyyətə “fayda” verməklə ölkəmizi “çiçəkləndirir”, ELM yolunda canlarını “fəda” edirlər.

Uca Rəbbim! Yüzlərlə, minlərlə “elmi” əsər yazıb, milyonlarla qrant yeyən, büdcənin altını üstünə çevirən, dünya malına aldanıb "xalqımızı ağ günə çıxaran”, rüşvətin, alverin nə olduğunu “bilməyən”, mənim aldığım maaşdan 10 dəfə “aşağı” maaş alan, millət, dövlət və rəhbər “sevdalısı" olan möhtərəm akademik-alimlərimizin üzü hörmətinə xalqımızı aclıq, xəstəlik və safəalətdən qoru!

PS. Bu dərəcədə biganə baş akademiki olan ölkənin vay halına! Şəbəkəyə qoşulmayan alimə nifrət, onun maddi sınağa çəkilməsi və "pokazuxalıq" evimizi yıxıb elmimizi kor, yurdumuzu viran qoydu, mənəviyyatımızı və iqtisadiyyatımızı çökdürdü. Ən faciəlisi isə yüksək vəzifə tutaraq dövlətin resurslarından istifadə edib bu idbar ənənənin həvəslə davam etdirilməsidir.

İdris Abbasov

Xəbər 3181 dəfə oxunub.




18.06.2025  15:06 

“Bazarstore” cərimələndi


BÜTÜN XƏBƏRLƏR +