Moskvaya PUA hücumu olub
1 ildə kartlardan 22 milyon manat oğurlanıb - Rəsmi
Eldar Qəribov bankdan nə qədər qazanır?
Alim, yoxsa separatçı?. - Qarabağa Artsax deyənlər
Polkovnik Şahin Quliyev həbs edilib
Kursk Ukrayna ordusundan azad edilib?
Sabiq müavin rüşvət aldığına görə saxlanıldı
İlham Əliyevin tarixə düşəcəyinə əminəm - Ərdoğan
Kimsəsiz qadın sığınacaqdan qovulub?
Ceyhun xanımını xilas edəndə boğulub - Faciə


11.12.2021  16:33 

Gömrük sədrinin ittiham etdiyi DEPUTAT kim: Elnur Allahverdiyev, Tahir Mirkişili, yoxsa?.





A+  A-

Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyevin bəzi deputatları fırıldaqçı adlandırması cəmiyyətdə, xüsusən də sosial şəbəkələrdə geniş müzakirə olunur.

"Həmin deputatlar ölkəyə vətəndaşların adına telefonlar, televizorlar, kompüterlər gətirir, sonra isə mağazalarda satdırırlar. Bu fırıldaqçılar nə edirdilər? Öz maraqlarını qoruyurdular" – deyən komitə sədri ad çəkməyib.

XəzərNews.az xəbər verir ki, indi ictimaiyyəti belə bir sual maraqlandırır: DGK-nin sədri hansı deputatları fırıldaqçılıqda ittiham edib?



Azərbaycan İnternet Formunun prezidenti Osman Gündüz bildirib ki, güman etmək olar ki, bu rəqəmsal resurslar vasitəsilə DGK-nın əlində böyük datalar formalaşıb:

"Onlar bu dataları təhlil etməklə, müqayisələr aparmaqla, bəyan olunan malları müxtəlif parametrlərlə araşdıraraq malların konket bir fiziki şəxsə, yoxsa, minlərlə fiziki şəxsi birləşdirən bir şəbəkəyə məxsus olmasını müəyyən edə biliblər. DGK sədrinin bu cür "limit şəbəkəsi" üzvlərinin sayı ilə bağlı konkret rəqəmlər deməsi onu göstərir ki, görünür, gömrüyün İT komandası yaxşı işləyiblər. Düşünürəm ki, DGK sədrinin əlində ciddi datalar olmasa bu cür açıq-aşkar ittiham etməzdi. Ümumiyyətə, müşahidələrimiz gösrtərir ki, son zamanlar bir çox dövlət qurumları həm qərarlar qəbul etmək üçün, həm də bəziləri kommersiya məqsədilə özlərində formalaşan datalardan effektiv istifadə edirlər.

Araşdırmaçı jurnalist Cavanşir Həsənli yazır ki, söhbət məsələn, "Kontakt Home" mağazalar şəbəkəsinin sahibi, deputat Elnur Allahverdiyevdən getmirmi?



“Ötən ilin avqustunda məlum qərara görə Gömrük Komitəsini parlamentdə yıxıb sürüyənlərdən biri Elnur Allahverdiyev olub:

“Gömrüklə bağlı qəbul edilən dəyişiklik çox ciddi yanlışlıqdır. Əgər indiyədək bu qaydalara əsasən ölkənin gömrük ərazisinə ayda bir dəfə gətirilən, ümumi gömrük dəyəri 1500 ABŞ dollarından artıq olmayan mallar gömrük rüsumundan azad idisə, indi bu rəqəm 800 dollara salınıb. Təsəvvür edirsiniz, cəmi 800 dollar. Yəni bu 1500 ABŞ dolları nə böyük rəqəmdir ki, onu da endirib 800 dollara salmışıq? Aydın məsələdir ki, bu qərar güzəranını xırda biznesə bağlamış vətəndaşların dolanışığına ciddi zərbə vuracaq”, – deyən C.Həsənli E.Allahverdiyevdən sitat da gətirib.



C.Həsənli ölkəyə kompüter idxalı və satışı ilə məşğul olan şirkətlərdən birinin ("Ultra") sahibinin də Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili olduğunu bəyan edərək diqqəti ona yönəldib:

“Düzdür, Tahir Mirkişili rüsumsuz idxal limitinin endirilməsi ilə bağlı publik narazılıq ifadə etməyib. Amma haradan bilək ki, Səfər Mehdiyev Tahir Mirkişilini də nəzərdə tutmayıb”.

Xəbər 1625 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

21.05.2025  20:10 

Moskvaya PUA hücumu olub

21.05.2025  17:14 

Küləkli hava şəraiti davam edir

21.05.2025  16:15 

Abituriyentlərin nəzərinə!

21.05.2025  12:04 

Ata öz qızını avtobusda döydü


BÜTÜN XƏBƏRLƏR +