YouTube platformasında yenilik var...-Mütəxəssisdən AÇIQLAMA
Co Bayden ilk dəfə xəstəliyindən yazdı
Həqiqi hərbi xidmətə çağırışla bağlı... - Sərəncam
Sobçakın da vergiyə külli miqdarda borcu var
“Toplum TV“nin əməkdaşları ilə bağlı ittiham aktı elan edildi
Telefonda danışacaqları saat bəlli oldu
Seçkidə qalib gəlsələr də... - Səs çoxluğu yoxdur
Cahangir Hacıyev 6 milyon manata yaxın pul qazanır
Terrorçulara qoşulan şəxslər Bakıya gətirildi - VİDEO
Kəmaləddin Heydərov rəisi təqaüdə göndərdi


30.05.2021  21:48 

Paşinyan eks-prezidentlərə səsləndi: “Kabinetdə xoruzlanmayın“





A+  A-

Ermənistan baş nazirinin səlahiyyətlərini icra edən Nikol Paşinyan keçmiş prezidentlər Robert Köçəryana və Levon Ter-Petrosyana meydan oxuyub.
XəzərNews.az Virtualaz.org-a istinadən xəbər verir ki, Paşinyan keçmiş prezidentləri iyunun 18-də birbaşa efirdə baş tuttacaq debata çağırıb. Bildirib ki, onlar bütün suallara cavab verməlidir.

Paşinyan Aparan şəhərində tərəfdarları qarşısında çıxış edərkən Qarabağ münaqişəsi mövzusuna toxunub və deyib ki, qaldırdığı suallara hələ də cavab verilməyib. Bura Paşinyanın dediyi kimi, Levon Ter-Petrosyanın Dağlıq Qarabağı Azərbaycana verib birdəfəlik bu mövzusunu bağlamaq planı və Robert Köçəryanın vaxtilə Mehrini Azərbaycana verib ərazi mübadiləsi planına razılıq verdiyi barədə suallar daxildir.

Paşinyan Qarabağ mövzusu ətrafındakı situasiyanı “sonuncu mərhələyə gəlib çatmış xəstəliklə” müqayisə edib və bildirib ki, belə xəstəliyin olduğunu daha inkar etmək mümkün deyil.

“Qarabağ məsələsinə dair danışıqlar paketi bir neçə səhifədən ibarətdir. Onların arasında bir çox nüansların tarixçəsi də yer alır və vətəndaşlar bu haqda bilməlidir”,-o deyib.

Paşinyan hesab edir ki, keçmiş prezidentlər onun irəli sürdüyü arqumentlərə tutarlı cavablar verməlidir və bu məqsələ onları iyunun 18-də keçiriləcək debata çağırır.

“Debat zamanı hər şey aydın olacaq. Qapalı məkanda, kabinetdə oturub xoruzlanmaq çox asandır. Gəlin, üz-üzə dayanaq və danışaq”,-o bildirib. Paşinyana görə, Köçəryan həm də Qarabağın vaxtilə danışıqlar prosesindən niyə kənarlaşdırıldığına izahat verməlidir.

Xəbər 1057 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

19.05.2025  21:59 

Məşhur aktyor nişanlandı -FOTO

19.05.2025  13:08 

Sumqayıtda qazini maşın vurub

19.05.2025  12:38 

Lavrov Ermənistana səfər edəcək


BÜTÜN XƏBƏRLƏR +