Moskvaya PUA hücumu olub
1 ildə kartlardan 22 milyon manat oğurlanıb - Rəsmi
Eldar Qəribov bankdan nə qədər qazanır?
Alim, yoxsa separatçı?. - Qarabağa Artsax deyənlər
Polkovnik Şahin Quliyev həbs edilib
Kursk Ukrayna ordusundan azad edilib?
Sabiq müavin rüşvət aldığına görə saxlanıldı
İlham Əliyevin tarixə düşəcəyinə əminəm - Ərdoğan
Kimsəsiz qadın sığınacaqdan qovulub?
Ceyhun xanımını xilas edəndə boğulub - Faciə


19.05.2020  22:37 

Ukraynanın bu şəhərinə giriş-çıxış bağlandı





A+  A-

Ukraynanın Ternopol vilayətinin Kremenets şəhərinə giriş-çıxış artan koronavirusa yoluxma hallarına görə bağlanıb.
XəzərNews.az-ın "İnterfaks Ukraina"ya istinadən verdiyi xəbərə görə, şəhərin girişlərində iki polis postu qurulub. Onlar yerli vaxtla saat 07:00-dan 22:00-a kimi növbətçilik çəkəcəklər.

Şəhərə ancaq Kremenets ərazisində qeydiyyatda olan, yaşayan və ya işləyən sürücülərin, həmçinin xüsusi nəqliyyat vasitələrinin daxil olmasına icazə veriləcək. Digər nəqliyyat vasitələri Kremenetsə buraxılmayacaq.

Şəhərin özündə karantin rejiminə riayət edilməsini yoxlamaq üçün avtopatrullar fəaliyyətə başlayacaq. Sakinlərdən ictimai yerləri ehtiyac olmadan ziyarət etməmələri xahiş olunub.

Daha əvvəl məlum olub ki, Ukraynanın İvano-Frankovsk vilayətində koronavirusa xeyli sayda yeni yoluxma aşkar edilib. Son məlumatlara görə, Ukraynada COVID-19-a 18 876 yoluxma qeydə alınıb.

Xəbər 2472 dəfə oxunub.




21.05.2025  20:10 

Moskvaya PUA hücumu olub

21.05.2025  17:14 

Küləkli hava şəraiti davam edir

21.05.2025  16:15 

Abituriyentlərin nəzərinə!

21.05.2025  12:04 

Ata öz qızını avtobusda döydü


BÜTÜN XƏBƏRLƏR +