“Şəki” restoranına milyonluq kompensasiya
"Bandotdel” əməliyyat keçirdi: Saxlanılanlar var
Bakıda yeniyetmə qız itkin düşüb
Əliyevin Orbanla görüşü olub... - Məhdud tərkibdə
Tramp qudasını Fransaya səfir təyin edib
Macarıstan Beynəlxalq Cinayət Məhkəməsindən çıxır
Rusiyaya qarşı 17-ci sanksiyalar paketi təsdiqləndi
TƏBİB rəhbəri narazı stamotoloqları qəbul edəcək
Beş nəfər xəsarət alıb, 3-nün vəziyyəti ağırdır... - Partlayış
İlham Əliyev Macarıstana işgüzar səfərə gedib


10.07.2019  15:09 

Hikmət Cavadov: “Xarici ölkələrdə düşmənə qarşı müharibə aparırıq” + VİDEO





A+  A-

“Biz müharibəni təkcə səngərlərdə deyil, xarici ölkələrdə də aparırıq”.
XəzərNews.az xəbər verir ki, bu barədə Diaspor Gənclərinin II Yay Düşərgəsinin əhəmiyyəti ilə bağlı “Xəzər” TV-yə müsahibəsində Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun sədri, Hüquq elmləri doktoru Hikmət Cavadov verib.

H.Cavadov bildirib ki, yay düşərgəsində iştirak edən xarici ölkələrdə yaşayan azərbaycanlıların tarixi vətənləri ilə tanışlığı gələcək fəaliyyətlərində onlara böyük stimul verir: “Diaspor fəallarının Azərbaycana qarşı yönələn informasiya müharibəsinə qarşı dik duruşu səngərdə düşmənlə üz-üzə dayanan əsgərlərimizin fədakarlıqları qədər mühümdür. Səngərdəki gənc əsgərlərimiz kimi xaricdəki gənc diaspor fəallarımız da düşmənə qarşı istənilən platformada mübarizə aparmağa hazırdır”.

Xatırladaq ki, dünən Nəsimi-650 Diaspor Gənclərinin II Yay Düşərgəsinə start verilib. Düşərgə iştirakçıları Heydər Əliyevin Şamaxı şəhərindəki abidəsi önünə gül dəstələri qoyduqdan sonra Rayon Mədəniyyət Mərkəzində düşərgənin təntənəli açılışı olub.

Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov çıxışında Diaspor Gənclərinin Yay Düşərgəsinin ikinci ildir ki, təşkil olunduğunu və xaricdə yaşayan onlarla azərbaycanlının məhz bu irimiqyaslı layihə çərçivəsində doğma Vətəninə gəldiyini diqqətə çatdırıb. Komitə sədri düşərgənin mahiyyəti, dövlətin diaspor siyasətində bu layihənin yeri və eyni zamanda, layihənin hədəfləri barədə ətraflı məlumat verib, iştirakçılara uğurlar arzulayıb. O bildirib ki, Diaspor Gənclərinin Yay düşərgələri həm ölkə daxilində, həm də xaricdə yaşayan gənc azərbaycanlılar arasında böyük rəğbət qazanıb.

Düşərgə çərçivəsində Dünya Azərbaycanlıları Gənclər Forumunun da keçirilməsi planlaşdırılıb.

Diaspor Gənclərinin II Yay Düşərgəsi Azərbaycan Diasporuna Dəstək Fondunun təşkilatçılığı, Gənclər və İdman Nazirliyi, Azərbaycan Gənclər Fondunun tərəfdaşlığı ilə keçirilir. Yay Düşərgəsi iyulun 14-də başa çatacaq.



Xəbər 1512 dəfə oxunub.




20.05.2025  13:12 

Sabahdan istilər başlayır

20.05.2025  11:38 

Sibiqa Brüsselə gedir

19.05.2025  21:59 

Məşhur aktyor nişanlandı -FOTO


BÜTÜN XƏBƏRLƏR +