Moskvada azərbaycanlıların kütləvi şəkildə saxlanıldığı bildirilir
Çimərliyə gedənlərə XƏBƏRDARLIQ
Tramp Rusiyaya qarşı sərt sanksiyaları təsdiqləyəcək
Rusiyada azərbaycanlı faciəvi şəkildə ölüb
Qubada sahibkara təzyiq edilir...
Prezident Neft Fondu ilə bağlı SƏRƏNCAM imzaladı
Qızmar istilər başlayır: 38 dərəcə isti
Diplomatlarımız Kiyevdə Azərbaycan Evini ziyarət edib - Foto
Əli Xamenei Azərbaycana niyə nifrət edir?
Aleksandr Kubrakov üzərində axtarış aparılır


18.02.2019  09:15 

Məktəb direktorunu döyən aktyora və bacısı oğluna cinayət işi açıldı





A+  A-

Məktəb direktorunu döyən “Drakon” ləqəbli aktyor Rza Rzayevə cinayət işi açılıb.
XəzərNews.az Musavat.com-a istinadən xəbər verir ki, Nizami rayon Polis İdarəsinin İstintaq şöbəsində aparılan araşdırmadan sonra Rza Rzayevə Cinayət Məcəlləsinin 221.3-cü (Xuliqanlıq, silahdan və ya silah qismində istifadə edilən əşyaları tətbiq etməklə törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.

Təqsirləndirilən şəxsin əməli sübuta yetirilərsə, onu üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə cəzası gözləyir.

İş baxılması üçün aidiyyatı üzrə məhkəməyə göndərilib.

AzEdu.az-ın əldə etdiyi məlumata görə, Rza Rzayevin bacısı oğlu Toğrul İbrahimli barəsində də cinayət işi başlanılıb. Cinayət Məcəlləsinin 221.2.3 maddəsi ilə şübhəli bilinən Toğrul İbrahimli dayısı ilə birgə direktora hücum edib.

Xatırladaq ki, aktyor Rza Rzayevlə 175 saylı orta məktəbin direktoru Tural Mirzəliyev arasında uzun müddətdir davam edən qalmaqal sonradan əlbəyaxa dava ilə nəticələnmişdi.

Xəbər 2868 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

11.07.2025  12:01 

Prezident gürcü naziri qəbul etdi


BÜTÜN XƏBƏRLƏR +