Ukraynanın bərpasına 10 milyard avroluq dəstək...
Ursula fon der Leyenə etimadsızlıq səsverməsi rədd edildi
Azərbaycan XİN-dən Əbu-Dabi görüşü ilə bağlı... - Açıqlama
Məhbusların ailəsini söyən Toliklə bağlı qərar verildi
Ermənistan və Azərbaycanın ortaq düşməni: Kreml
Əbu-Dabi görüşü başa çatdı
Goranboy sakininin dəhşətli hekayəsi - VİDEO
Moskva dəstəkləyir... - Peskovdan Əbu-Dabi görüşünə reaksiya
Ukrayna Təhlükəsizlik Xidmətinin polkovniki öldürüldü
Bakıda iranlı narkotacirlər saxlanıldı


15.02.2019  08:43 

Qəbizlik xəstəlikdir, ya yox? - Nə etməli, nə yeməli?





A+  A-

Bu gün qəbizlik adi hala çevrilib və normal tualeti olan insan barmaqla sayılacaq qədərdir. Əslində çoxları qəbizliyə xəstəlik kimi yanaşmasa da, bir çox problemlər qəbizlikdən yaranır: baş ağrısı, ağızdan pis qoxu, dərinin boğuq rəng alması, halsızlıq, həzm problemləri, əsəb və s.
XəzərNews.az Medicina.az-a istinadən xəbər verir ki, qəbizlik bir çox mədə-bağırsaq, hətta sinir və beyin mənşəli olsa da, bu problemi düzgün qidalanma ilə azaltmaq və aradan qaldırmaq olar.

Həkimlər deyir ki, düzgün qidalanma ilə yanaşı, düzgün həyat tərzi və aktiv hərəkət də olmalıdır.

Ümumdünya Səhiyyə Təşkilatının təklifinə görə, qidalanmada heyvan mənşəli qidaları və yağları azaltmaq lazımdır. Xüsusən trans yağlardan imtina etmək lazımdır. Qidalanmada bitki tərkibli qidalar və çiy meyvə-tərəvəz, paxlalılar, yarmalılar üstünlük təşkil etməlidir. Eyni zamanda, sadə karbohidratları azaltmaq lazımdır. Bunlar şirniyyat, makaron, qazlı içkilər, qənd, şəkərdir.

Tibbə görə, insanın gün ərzində 1-2 dəfə tualetə getməsi normaldır. Həftədə 3-5 dəfə olarsa da, bu, normala yaxındır. Qalan hallarda bundan əskik say qəbizlik hesab olunur.

Bağırsaqların boşalmasını stimulə edən ərzaqları təqdim edirik:

- Quru meyvələr

- Çiy meyvələr

- Kefir

- Marinadlar

- Turş meyvələr

- Yulaf, qarabaşaq

- Qara və çovdar çörəyi

- Kəpəkli çörək

Qəbizliyi olanlar üçün ən uyğun ərzaqlar: kələmin bütün növləri, qara gavalı, üzüm, qarpız, çuğundur.

Qəbizliyə səbəb olur:

- Çay, kakao

- Mannı və düyü sıyığı

- Püre, şorba

- Sürtgəcdən keçirilmiş yeməklər

Bu yeməklər bağırsağın divarının yığılıb-açılmasına mənfi təsir edir, onu qıcıqlandırmır.

Müntəzəm olaraq bu yeməkləri hazırlayıb yeyin:

- Kələmdən yaşıl borş

- Tərkibində qara gavalı olan salatlar

- Qara gavalılı borş

- Çuğundurdan kotlet

Yeməklərə sarımsaq qata bilərsiz. Çalışın gün ərzində adi su için. Çaydan uzaq durun.

Xəbər 3126 dəfə oxunub.




10.07.2025  13:20 

Hava ilə bağlı XƏBƏRDARLIQ

10.07.2025  10:35 

Neftin qiyməti 76 dolları keçdi


BÜTÜN XƏBƏRLƏR +