YouTube platformasında yenilik var...-Mütəxəssisdən AÇIQLAMA
Co Bayden ilk dəfə xəstəliyindən yazdı
Həqiqi hərbi xidmətə çağırışla bağlı... - Sərəncam
Sobçakın da vergiyə külli miqdarda borcu var
“Toplum TV“nin əməkdaşları ilə bağlı ittiham aktı elan edildi
Telefonda danışacaqları saat bəlli oldu
Seçkidə qalib gəlsələr də... - Səs çoxluğu yoxdur
Cahangir Hacıyev 6 milyon manata yaxın pul qazanır
Terrorçulara qoşulan şəxslər Bakıya gətirildi - VİDEO
Kəmaləddin Heydərov rəisi təqaüdə göndərdi


05.12.2018  10:32 

Bakıda bağçalara qəbulla bağlı yenilik





A+  A-

Bakı Şəhər İcra Hakimiyyətində paytaxtın məktəbəqədər təhsil müəssisələri və uşaq evlərinin rəhbərlərinin iştirakı ilə bu müəssisələrdə təlim-tərbiyə işlərinin keyfiyyətinin yüksəldilməsi və digər məsələlərə həsr olunmuş seminar-müşavirə keçirilib.
İH-dən XəzərNews.az-a daxil olan xəbərə görə, müşavirəyə sədrlik edən Bakı Şəhər İcra Hakimiyyəti Başçısı Aparatının rəhbəri Elgin Həbibullayev bildirib ki, hazırda paytaxtda 346 dövlət məktəbəqədər təhsil müəssisəsi fəaliyyət göstərir. Şəhər İcra Hakimiyyəti tərəfindən aparılan araşdırmalar nəticəsində paytaxtda təmirə ehtiyacı olan bağçalar müəyyənləşdirilərək onların əsaslı təmiri ilə bağlı tədbirlər hazırlanır.

O, həm də paytaxtdakı məktəbəqədər təhsil müəssisələrinin avadanlıq və inventarlarla təchizatı, təlim-tərbiyə prossesi zamanı mövcud təlimatlara, metodiki göstərişlərə, gün rejimi normalarına, tədris proqramlarının tələblərinə əməl olunmasının vəziyyəti, uşaqların qidalanması, onlarda vətənpərvərlik tərbiyəsinin yüksəldilməsi, fiziki tərbiyə məşğələlərinə, xüsusilə səhər gimnastikasının keçirilməsinə və s. məsələlərə toxunub və bildirib ki, şəhər rəhbərliyi tərəfindən bu müəssisələrin fəaliyyəti və buradakı bütün məsələlər ciddi nəzarətə alınıb və bütün sahələr üzrə yeniliklər və islhatların aparılması planlaşdırılıb.

Həmçinin məktəbəqədər təhsil müəssisələrinə uşaqların qəbulunda neqativ halların aradan qaldırılması, burada şəffaflığın təmin olunması ilə bağlı bağçalara qəbulun elektronlaşdırılması nəzərdə tutulub. Şəhərimizdəki bəzi bağçalarda məcburi köşkünlərin məskunlaşması ilə bağlı yaranan problemlər, gələcəkdə uşaq bağçalarına olan tələbatın ödənilməsi üçün görülən əlavə tədbirlər barədə məlumat verilib.

Toplantıda bağçaların fəaliyyətində bir sıra müsbət və mənfi məqamları əks etdirən video film nümayiş etdirilib.



Xəbər 1690 dəfə oxunub.




19.05.2025  21:59 

Məşhur aktyor nişanlandı -FOTO

19.05.2025  13:08 

Sumqayıtda qazini maşın vurub

19.05.2025  12:38 

Lavrov Ermənistana səfər edəcək


BÜTÜN XƏBƏRLƏR +