Həmyerlimiz Mayamidə faciəli şəkildə həlak oldu
İşdən çıxarılan direktorun “ürəyi gedib“?
Yeni kənd təsərrüfatı naziri təyin olundu
Tanınmış iş adamı vəfat etdi
İrandakı səfirliyimizə hücum edən şəxs edam OLUNDU
“Şəki” restoranına milyonluq kompensasiya
"Bandotdel” əməliyyat keçirdi: Saxlanılanlar var
Bakıda yeniyetmə qız itkin düşüb
Əliyevin Orbanla görüşü olub... - Məhdud tərkibdə
Tramp qudasını Fransaya səfir təyin edib


30.11.2018  13:32 

İTV “Maşa və Ayı”nı Azərbaycanca yayımlayacaq





A+  A-

İctimai Televiziya və Radio Yayımları Şirkəti Azərbaycanda xarici telelayihələrin lisenziyalı yayımını davam etdirir .
Teleradionun İctimaiyyətlə Əlaqələr Departamenti XəzərNews.az-a bildirib ki, qurum Rusiyanın məşhur “ANIMAKKORD” studiyası ilə əməkdaşlıq müqaviləsi imzalayb. İTRYŞ və “ANIMAKKORD” arasında imzalanan müqaviləyə əsasən uşaqların sevimli qəhrəmanları “Maşa və Ayı” (Маша и Медведь) - animasiya serialı artıq İctimai Televiziyada Azərbaycan dilində yayımlanacaq. Gələn ildən etibarən həftəiçi hər səhər balacaların görüşünə gələcək sevimli cizgi filminin Azərbaycan dilində dublyajı televiziyanın “Kino və Dublyaj Departamenti”ndə reallaşdırılır.

İctimai Televiziya və Radio Yayımları Şirkəti tərəfindən bu addımın atılmasında əsas səbəb Azərbaycanda xarici telelayihələrin lisenziyalı yayımını inkişaf etdirməkdir.

2009-cu ildən etibarən yayımlanan “Maşa və Ayı” (Маша и Медведь) üçölçülü qrafikanın köməyi ilə yaradılıb və bütün auditoriya üçün nəzərdə tutulub. Hər bölümü 6-7 dəqiqə davam edən animasiya filminin yaradıcıları bu zaman kəsiyinin uşaqların cizgi filminə baxmağı üçün ən ideal müddət olduğunu düşünürlər.

“Youtube” portalında ümumi auditoriyası 20 milyarddan çox baxış sayına malik sözügedən animasiya serialının müxtəlif epizodlarının gün ərzində 3 milyona qədər izləyicisi olur. Təkcə “Maşa və sıyıq” epizodu 2 milyarddan çox baxış ilə onluq reytinqinə düşən animasiya videosu kimi qeydə alınıb.

İTV, geniş auditoriyaya sahib, bütün beynəlxalq səviyyəli layihələrin lisenziyalı versiyalarının Azərbaycanda yayımını həyata keçirməkdə davam edəcək.

Xəbər 1817 dəfə oxunub.




21.05.2025  10:41 

Tanınmış iş adamı vəfat etdi

20.05.2025  13:12 

Sabahdan istilər başlayır

20.05.2025  11:38 

Sibiqa Brüsselə gedir

19.05.2025  21:59 

Məşhur aktyor nişanlandı -FOTO


BÜTÜN XƏBƏRLƏR +