“Şəki” restoranına milyonluq kompensasiya
"Bandotdel” əməliyyat keçirdi: Saxlanılanlar var
Bakıda yeniyetmə qız itkin düşüb
Əliyevin Orbanla görüşü olub... - Məhdud tərkibdə
Tramp qudasını Fransaya səfir təyin edib
Macarıstan Beynəlxalq Cinayət Məhkəməsindən çıxır
Rusiyaya qarşı 17-ci sanksiyalar paketi təsdiqləndi
TƏBİB rəhbəri narazı stamotoloqları qəbul edəcək
Beş nəfər xəsarət alıb, 3-nün vəziyyəti ağırdır... - Partlayış
İlham Əliyev Macarıstana işgüzar səfərə gedib


05.10.2018  12:45 

Bankların Müşahidə Şurasının səlahiyyət müddəti azaldılır





A+  A-

Azərbaycanda bankların Müşahidə Şurası üzvlərinin səlahiyyət müddəti 3 ilə aşağı salınıb.
XəzərNews.az-ın məlumatına görə, bunu nəzərədə tutan "Banklar haqqında" qanuna dəyişikliklər layihəsi bu gün Milli Məclisin plenar iclasında I oxunuşda müzakirə olunub.

Dəyişikliyə əsasən, Müşahidə Şurasının üzvləri bankın səhmdarlarının ümumi yığıncağı tərəfindən səhmdarlardan və yaxud kənar şəxslərdən 3 ildən çox olmayan müddətə təyin ediləcək. Xatırladaq ki, hazırda qüvvədə olan qanuna əsasən, bu müddət 4 ildir.

Qeyd edək ki, bankın Müşahidə Şurası 3 nəfərdən az olmamaqla, tək sayda üzvlərdən ibarətdir. Şuranın üzvləri növbəti müddətlərə yenidən seçilə bilərlər. Səhmdarların ümumi yığıncağı MŞ üzvləri sırasından sədr təyin edir. MŞ üzvlərinin muzdu bankın bölüşdürülməmiş mənfəətinin faizi şəklində və ya əmək haqqı formasında səhmdarların ümumi yığıncağında təyin edilə bilər.

Digər dəyişikliklə isə, bankların İdarə Heyəti (İH) üzvləri bank səhmdarlarının ümumi yığıncağı tərəfindən 3 ildən çox olmayan müddətə təyin edilirlər.

Hazırda hazırda qüvvədə olan qanuna əsasən, bu müddət 4 ildir. Qeyd edək ki, İH 3 nəfərdən az olmamaqla, tək sayda üzvlərdən ibarətdir. Onlar növbəti müddətlərə yenidən seçilə bilərlər. Səhmdarların ümumi yığıncağı İH üzvlərindən birini sədr təyin edir. İH sədrinin səlahiyyətləri İH-nin əsasnaməsində müəyyən edilir.

Digər dəyişikliklə isə banklarda MŞ-nın səlahiyyətləri artırılır. Dəyişikliyə görə, Audit Komitəsinin üzvləri Səhmdarların Ümumi Yığıncağı tərəfindən deyil, MŞ tərəfindən təyin olunacaq. Qanunun 25.15.1 maddəsinə edilən əlavəyə əsasən, MŞ həmçinin Bankın Audit Komitəsinin üzvlərini təyin etmək və azad etmək, Audit Komitəsinin əsasnaməsini təsdiq etmək də imkanı əldə edəcək.

Həmçinin digər dəyişikliyə əsasən, Audit Komitəsinin üzvləri də 4 il deyil, 3 il müddətinə təyin olunacaq.

Qeyd edək ki, Bankın Audit Komitəsi üç nəfərdən az olmamaqla tək sayda üzvlərdən ibarətdir. Komitənin üzvləri növbəti müddətə yenidən seçilə bilər.

Xəbər 1631 dəfə oxunub.




20.05.2025  13:12 

Sabahdan istilər başlayır

20.05.2025  11:38 

Sibiqa Brüsselə gedir

19.05.2025  21:59 

Məşhur aktyor nişanlandı -FOTO


BÜTÜN XƏBƏRLƏR +