Zaur Mikayılovun qudaları vəzifədə... - FOTO
PA-nın adından 4500 manatlıq dələduzluq
Baş nazirin adından saxta sənəd hazırlayan sahibkar cəzalandırıldı
Bir sıra dövlət xadimləri adından saxta açıqlamalar yayılır
Bakının bu hissələri işıqsız qalıb
İmamoğlunun magistr diplomu da ləğv edildi
Səsyazısı yayılan direktora töhmət verildi
Sulutəpə sakinlərindən ŞİKAYƏT: “Ərazidə bir transformator var idi, onu da sökdülər“
Xaricdə yaşayan blogerə hökm oxunub
Dövlət qurumu MTK rəhbərindən çıxarış üçün pul istəyir?


24.09.2017  19:23 

Azərbaycanlı atlet rekord qıraraq çempion oldu





A+  A-

İdmançımız Avropa rekordunu yeniləyərək qitə birinciliyinin qalibi olub.
XəzərNews.az xəbər verir ki, Kosovonun paytaxtı Priştinada 15 və 17 yaşlı yeniyetmə ağır atletlər arasında Avropa birinciliyində idmançımız Rüstəm Qasımov birdən qaldırma hərəkətində hər üç yanaşmanı uğurla yerinə yetirib.

Turnirdə 56 kiloqram çəki dərəcəsində mübarizə aparan R.Qasımov ardıcıl olaraq 92, 96 və 100 kiloqramı ram edərək bu hərəkət üzrə Avropanın ən yaxşısı olub.

İdmançımız 100 kiloqramı başı üzərinə birdən qaldırma hərəkətində türkiyəli Toptaş Canerə məxsus olan Avropa rekordunu (99 kiloqram) yeniləməyi bacarıb.

R.Qasımov təkanla qaldırma hərəkətində də uğurla çıxış edib. O, 112, 118 və 121 kiloqramı başı üzərinə qaldırmaqla bu hərəkətdə də Avropada hamıdan yaxşı olduğunu sübut edib.

Ümumilikdə 221 kiloqram (100+121) nəticə əldə edən R.Qasımov yeniyetmələr arasında Avropa çempionu olub.

Digər idmançımız Murad Əliyev isə birdən qaldırma hərəkətində hər üç yanaşmanı uğursuz başa vurub. O, təkanla qaldırmada 105 kiloqramı ram edərək bu hərəkət üzrə doqquzuncu yeri tutub.

Xəbər 3253 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +