YouTube platformasında yenilik var...-Mütəxəssisdən AÇIQLAMA
Co Bayden ilk dəfə xəstəliyindən yazdı
Həqiqi hərbi xidmətə çağırışla bağlı... - Sərəncam
Sobçakın da vergiyə külli miqdarda borcu var
“Toplum TV“nin əməkdaşları ilə bağlı ittiham aktı elan edildi
Telefonda danışacaqları saat bəlli oldu
Seçkidə qalib gəlsələr də... - Səs çoxluğu yoxdur
Cahangir Hacıyev 6 milyon manata yaxın pul qazanır
Terrorçulara qoşulan şəxslər Bakıya gətirildi - VİDEO
Kəmaləddin Heydərov rəisi təqaüdə göndərdi


28.08.2017  15:32 

12 yaşlı qız anası işdə olanda zorlanıb...





A+  A-

Balakən rayonunda qeyri-rəsmi nikahda yaşadığı qadının qızını zorlayaraq onu hamilə qoyan şəxs məhkəmə qarşısına çıxarılıb.
XəzərNews.az Lent.az-a istinadən xəbər verir ki, Balakən rayon Məhkəməsinin qərarı ilə 12 yaşlı C.Ş-nı zorlayaraq bəkarətini pozan və onun hamilə qalmasına səbəb olan Şindiyev Elçin Qədir oğlu barəsində istintaq dövrü üçün 4 ay müddətinə həbs-qətimkan tədbiri seçilib. Faktla bağlı Cinayət Məcəlləsinin 149.3.3-cü (Zorlama, təqsirkar şəxs üçün aşkar surətdə on dörd yaşına çatmayan şəxs barəsində törədildikdə) maddəsi ilə açılmış cinayət işinin istintaqı davam etdirilir.

Bu arada məlum olub ki, atalığı tərəfindən zorlanan yeniyetmə qızın anası onun doğma atası ilə 7 il əvvəl ayrılıb. Bundan sonra uşağın anası Elçinlə tanış olub və dini kəbin kəsdirərək birgə yaşamağa başlayıblar. Bir müddət əvvəl isə onlar kafe icarəyə götürərək birgə işləməyə başlayıblar. 12 yaşlı qızın zorlanması hadisəsi də anası kafedə işdə olarkən baş verib. Evdə heç kimin olmamasından istifadə edən Elçin Şindiyev onu zorlayıb.

Bildirilir ki, C.Ş-nın 22-25 həftəlik hamilə olması o, bacısı və babası ilə birgə xəstəxanaya müraciət edərkən məlum olub. Qızın anası bildirib ki, övladının səhhətindəki problemdən şübhələndiyi üçün onu bacısı və babası ilə həkim müayinəsinə göndərib, işi olduğu üçün özü xəstəxanaya getməyib.

Qeyd edək ki, törətdiyi əməl sübuta yetirilərsə, Elçin Şindiyevi səkkiz ildən on beş ilədək müddətə azadlıqdan məhrum etmə cəzası gözləyir.

Xəbər 2158 dəfə oxunub.



19.05.2025  21:59 

Məşhur aktyor nişanlandı -FOTO

19.05.2025  13:08 

Sumqayıtda qazini maşın vurub

19.05.2025  12:38 

Lavrov Ermənistana səfər edəcək


BÜTÜN XƏBƏRLƏR +