Artur Sarkisyan məhkəmənin qərarı ilə həbs edilib
Xərçəngin dərmanı tapılıb, ancaq onu gizlədirlər... - Tibbi ekspert
Noutbuk və müşahidə kamerası oğurlanıb
Ərdoğan prezident seçkilərinin tarixini açıqladı
İlham Əliyev Əbu-Dabiyə getdi
Əbu-Dabi görüşü nə vəd edir? - ŞƏRH
Osmanlı Restoranda - Sumaq qum, dönər zəhər kimi...
Trampın taarif siyasəti ABŞ-a 300 milyard dollar qazandıracaq
Rəsmi Bakıdan İranın Ermənistandakı səfirinə CAVAB
Qaynar xətt işləmir, cavab verən yoxdur... - Həmkarları tənqid etdi


09.06.2017  16:34 

Gözəlliyi ilə dillərə dastan olan cinayətkar - 6 manata görə tutulub...





A+  A-

Dünən Daxili İşlər Nazirliyi Bakıda baş vermiş quldurluq hadisəsi ilə bağlı yaydığı məlumatla birlikdə tirajlanan fotolar geniş müzakirə mövzusu olub.
XəzərNews.az xəbər verir ki, sevgilisi ilə birlikdə oğurluqda ittiham olunan qız gözəlliyi ilə hər kəsin dilinə düşüb.

Cinayətdə iştirak etdiyinə görə tutulmuş Səidə Kərimovanın xarici görünüşü ilə yanaşı üzərindəki kiçik xəsarətləri də müzakirə edilir.

Məlumata görə, əslən Şəmkir rayonundan olan Səidə Kərimovanın 23 yaşı var. O, cinayəti tanışı (bəzi KİV-də sevgilisi – red.) İsrafil Hüseynovla birgə törədib.

Belə ki, onlar 37 yaşlı İsayeva Yeganə Sabir qızını metronun çıxışında izləməyə başlayıblar və "Neftçilər” metrostansiyası yaxınlığında, Rüstəmov küçəsindəki binanın girişində ona hücum edərək pulqabısını əlindən alıblar. Lakin Yeganə İsayeva cəld tərpənərək Səidə Kərimovanın saçlarından tuta bilib. Ətrafa toplaşan insanların köməkliyi ilə o, polisə təslim edilib. Hadisə yerindən qaçan İsrafil Hüseynov isə 1 gün sonra ələ keçib.

Ən maraqlısı isə odur ki, cütlüyün ələ keçirmək istədiyi pulqabında cəmi 6 manat nağd pul və bank kartları olub.


Xəbər 3437 dəfə oxunub.





09.07.2025  14:51 

İlham Əliyev Əbu-Dabiyə getdi

09.07.2025  11:54 

Rusiyada avtomobil bazarı çökür


BÜTÜN XƏBƏRLƏR +