Artur Sarkisyan məhkəmənin qərarı ilə həbs edilib
Xərçəngin dərmanı tapılıb, ancaq onu gizlədirlər... - Tibbi ekspert
Noutbuk və müşahidə kamerası oğurlanıb
Ərdoğan prezident seçkilərinin tarixini açıqladı
İlham Əliyev Əbu-Dabiyə getdi
Əbu-Dabi görüşü nə vəd edir? - ŞƏRH
Osmanlı Restoranda - Sumaq qum, dönər zəhər kimi...
Trampın taarif siyasəti ABŞ-a 300 milyard dollar qazandıracaq
Rəsmi Bakıdan İranın Ermənistandakı səfirinə CAVAB
Qaynar xətt işləmir, cavab verən yoxdur... - Həmkarları tənqid etdi


20.06.2025  14:41 

III Çarlzın doğum günü Bakıda qeyd edilib





A+  A-

Böyük Britaniya kralı III Çarlzın doğum günü münasibətilə Britaniyanın Azərbaycandakı Səfirliyi tərəfindən Bakıda rəsmi qəbul təşkil olunub.

İyunun 19-da baş tutan ziyafətdə Azərbaycan hökumətinin, Milli Məclisin, ictimai-siyasi dairələrin və medianın nümayəndələri iştirak ediblər.
Ziyafətdə çıxış edən Britaniyanın Azərbaycandakı səfiri Fergus Auld ölkələr arasında son dövrlərdə genişlənən əməkdaşlığı yüksək qiymətləndirib: “Bu mərasim yalnız Britaniya monarxının doğum günü deyil, həm də iki ölkə arasında gələcəyə yönəlik əməkdaşlığa bir baxışdır”. Səfir son 12 ay ərzində Böyük Britaniya ilə Azərbaycan arasında münasibətlərin bir sıra vacib hadisələrlə yadda qaldığını qeyd edib.
Diplomat 2025-ci ilin ilk aylarında baş verən önəmli hadisələrə də toxunub. O, ölkədə ilk rezident müdafiə attaşesinin təyin olunduğunu, Energetika naziri Pərviz Şahbazovun Londona səfərini, "Silk Way West Airlines"ın Böyük Britaniya tərəfindən maliyyələşdirilməsini və Elm və Təhsil naziri Emin Əmrullayevin Londonda keçirilən Təhsil üzrə Dünya Forumunda iştirakını xatırladıb.
Səfir Fergus Auld həmçinin, Azərbaycanın Ukraynanın ərazi bütövlüyünə verdiyi dəstəyi yüksək dəyərləndirdiyini bildirib və əlavə edib ki, Britaniya Ukraynanı "nə qədər lazımdırsa, o qədər də" dəstəkləməyə davam edəcək.
Enerji və təhsil sahəsində əməkdaşlığa toxunan diplomat, britaniyalı şirkətlərin Qarabağdan Xəzərə qədər Azərbaycanın gələcəyinin formalaşmasında rol oynadığını, eləcə də “British Council”in və Britaniya universitetlərinin ölkənin müxtəlif bölgələrində təhsil əlaqələrini gücləndirdiyini qeyd edib. Səfir Azərbaycanla Böyük Britaniyanın səmimi tərəfdaş olduğunu qeyd edərək bu dostluğun davamlı olacağına əminliyini ifadə edib.



Xəbər 670 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

09.07.2025  14:51 

İlham Əliyev Əbu-Dabiyə getdi

09.07.2025  11:54 

Rusiyada avtomobil bazarı çökür


BÜTÜN XƏBƏRLƏR +