Baş nazirin adından saxta sənəd hazırlayan sahibkar cəzalandırıldı
Bir sıra dövlət xadimləri adından saxta açıqlamalar yayılır
Bakının bu hissələri işıqsız qalıb
İmamoğlunun magistr diplomu da ləğv edildi
Səsyazısı yayılan direktora töhmət verildi
Sulutəpə sakinlərindən ŞİKAYƏT: “Ərazidə bir transformator var idi, onu da sökdülər“
Xaricdə yaşayan blogerə hökm oxunub
Dövlət qurumu MTK rəhbərindən çıxarış üçün pul istəyir?
Kimlərə əsgərlikdən möhlət hüququ veriləcək?
65 yaşlı fəhlə faciəvi şəkildə öldü


02.06.2025  12:03 

Seymur Talıbov daha bir vəzifəsini itirib





A+  A-

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sabiq sədri Vasif Talıbovun oğlu Seymur Talıbov daha bir vəzifəsini itirib.

XəzərNews.az "Teleqraf"a istinadən xəbər verir ki, o bundan sonra Azərbaycan Şahmat Federasiyasının (AŞF) rəhbərliyində təmsil olunmayacaq.

S.Talıbov qurumun İcraiyyə Komitəsinə keçirilən seçkilərdə namizədliyini irəli sürməyib.

AŞF-nin hazırda davam edən Konfransında İcraiyyə Komitəsi üzvlüyünə namizədlər siyahısında onun adı yoxdur.

Qeyd edək ki, Seymur Talıbov 2021-ci ildən Azərbaycan Şahmat Federasiyasının vitse-prezidenti vəzifəsini tuturdu. Onun rəhbəri olduğu Naxçıvan Şahmat Federasiyası isə 2024-cü ildə ləğv olunub.

Xəbər 2808 dəfə oxunub.




28.07.2025  12:27 

Sabah 40 dərəcə isti olacaq


BÜTÜN XƏBƏRLƏR +