YouTube platformasında yenilik var...-Mütəxəssisdən AÇIQLAMA
Co Bayden ilk dəfə xəstəliyindən yazdı
Həqiqi hərbi xidmətə çağırışla bağlı... - Sərəncam
Sobçakın da vergiyə külli miqdarda borcu var
“Toplum TV“nin əməkdaşları ilə bağlı ittiham aktı elan edildi
Telefonda danışacaqları saat bəlli oldu
Seçkidə qalib gəlsələr də... - Səs çoxluğu yoxdur
Cahangir Hacıyev 6 milyon manata yaxın pul qazanır
Terrorçulara qoşulan şəxslər Bakıya gətirildi - VİDEO
Kəmaləddin Heydərov rəisi təqaüdə göndərdi


19.03.2024  13:28 

Hər an baş verə biləcək FƏLAKƏT





A+  A-

Milli Məclisin martın 15-də keçirilən iclasında Nazirlər Kabinetinin 2023-cü ildə fəaliyyəti haqqında hesabatını təqdim edən Baş nazir Əli Əsədov bildirib ki, Bakı, Gəncə və Sumqayıt kimi iri şəhərlərdə ən təhlükəli vəziyyətdə olan 69 bina var. Hökumət başçısı vurğulayıb ki, Azərbaycanda qəzalı binalarla bağlı problemlərin həlli üçün son illərdə respublikanın 12 şəhər və rayonlarında qəzalı binaların sökülərək yeni binaların tikintisinə və ya sakinlərə maddi yardımların verilməsinə 44,7 mln. manat vəsait ayrılıb.

Baş nazir deyib ki, 26 binada yaşayan 971 ailənin mənzil-məişət şəraiti yaxşılaşdırılıb. O, bu istiqamətdə Azərbaycan Prezidentinin tapşırığına uyğun olaraq, Bakı, Gəncə və Sumqayıt kimi iri şəhərlərdə ən təhlükəli vəziyyətdə olan 69 bina (2 886 ailə) ilə bağlı da tədbirlərin həyata keçirilməsi üçün 50 milyon manat vəsait ayrıldığını dilə gətirib. Qeyd edib ki, növbəti 3 ildə bu istiqamətdə işlər davam etdiriləcək.



Məgər Azərbaycanın Bakı, Gəncə və Sumqayıt şəhərlərində olan qəzalı binaların sayı belə azdır? Baş nazirin hesabatı reallığı nə dərəcədə özündə əks etdirir? Qəzalı binalarla bağlı məsələdə yalnız dövlət müvafiq tədbirlər görməlidir, yoxsa özəl sektor da bu işdə maraqlı olmalıdır? Problemdən çıxış yolunu nədə görürsünüz?

Xəzərnews.az xəbər verir ki,mövzu ilə bağlı Medianews.az-a danışan əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev bildirib ki, hazırda ölkədə istismar müddəti bitən 11 minə yaxın çoxmərtəbəli yaşayış binaları var.



Onun sözlərinə görə, sözügedən binaların 150-i qəzalı olaraq qeydə alınıb: “Binanın qəzalı olub-olmaması vətəndaş sorğuları əsasında təyin edilir. Yəni, sakinlər bununla bağlı aidiyyəti qurumlara müraciət edirlər. Müvafiq olaraq, binaya icra hakimiyyətinin memarlıq şöbəsi baxış keçirir.

Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi binada yoxlama aparır və rəy verir. Binaların qəza dərəcəsi olur. Binanın sökülüb yenilənməsi ilə bağlı tapşırıq verilə bilər. Bu halda sakinlərə kirayə pulu verilir. Daha sonra yenidən tikilən binada insanlara mənzillər verilir. Bu, plan üzrə daha çevik qaydada həyata keçirilir”.



Ekspertin qənaətincə, tək paytaxtda deyil, digər bölgələrdə də kütləvi monitorinqlər aparılmalıdır.

O deyib ki, bu zaman göstərilən real rəqəmlər daha çox ola bilər: “Bakıdan başqa digər şəhərlərdə və rayonlarda sorğular aparılmalıdır. Bu halda daha dəqiq rəqəm demək olar. Bundan əlavə, yataqxana tipli binalar da var ki, istismar müddəti bitib. Binaların qəzalı olmasına şərait yaradan səbəblər var.

Buna zirzəmilərin qazılması, əlavə artırmalar, aşağı mərtəbələrdə divarın sökülərək qapı-pəncərələrlə əvəz olunması və sair aiddir. Ona görə də real rəqəmlər müraciət və aidiyyəti qurumların təsdiq etdiyi sənədlərə müvafiq olaraq ortaya çıxır. Qeyd olunan rəqəmlər də birinci dərəcəli qəzalı binalar üçün nəzərdə tutulub.

Əksər hallarda, özəl tikinti şirkətləri qəzalı binaları sökür və yenisi ilə əvəz edir. Tikinti şirkətlərinə tətbiq olunan şərtlər də ağırdır. Buna görə də, şirkət binanın təmirini və ya yenidən tikilməsini aidiyyəti dövlət orqanları ilə birgə həyata keçirir”.



E.Fərzəliyev vurğulayıb ki, binanın qəzalı olması onu hər an baş verə biləcək təbii fəlakət qarşısında aciz qoyur: “Mənfi halların yaşanmaması üçün bu binalar daha qısa zamanda yenisi ilə əvəz olunmalıdır. Bunun üçün də, tikinti şirkətlərinə irəli sürülən şərtlər müəyyən dərəcədə yumşaldılmalıdır.

Qəzalı binanın sökülüb yenidən tam təmirdə tikilməsi ən azı üç il vaxt aparır. Düşünürəm ki, burada əsas məsələ qəzalı binaların operativ təyin olunması və sökülərək yenidən tikilməsidir”.

Xəbər 1692 dəfə oxunub.




19.05.2025  21:59 

Məşhur aktyor nişanlandı -FOTO

19.05.2025  13:08 

Sumqayıtda qazini maşın vurub

19.05.2025  12:38 

Lavrov Ermənistana səfər edəcək


BÜTÜN XƏBƏRLƏR +