YouTube platformasında yenilik var...-Mütəxəssisdən AÇIQLAMA
Co Bayden ilk dəfə xəstəliyindən yazdı
Həqiqi hərbi xidmətə çağırışla bağlı... - Sərəncam
Sobçakın da vergiyə külli miqdarda borcu var
“Toplum TV“nin əməkdaşları ilə bağlı ittiham aktı elan edildi
Telefonda danışacaqları saat bəlli oldu
Seçkidə qalib gəlsələr də... - Səs çoxluğu yoxdur
Cahangir Hacıyev 6 milyon manata yaxın pul qazanır
Terrorçulara qoşulan şəxslər Bakıya gətirildi - VİDEO
Kəmaləddin Heydərov rəisi təqaüdə göndərdi


04.03.2024  14:19 

Bu səhvi etməyin - Evsiz qala bilərsiniz





A+  A-

Adətən, tikintisinə yeni başlanılan, tikilməkdə olan binadan ev alanlar müxtəlif problemlərlə qarşılaşırlar. Bina ya vaxtında təhvil verilmir, ya da bəzi hallarda eyni mənzilin bir neçə şəxsə satılması faktları üzə çıxır.

İnsanlar sırf bu səbəbdən tikintisi başa çatmayan binalardan deyil, hazır mənzilləri almağa üstünlük verdiklərini deyirlər. Ancaq iş orasındadır ki, Bakıda tikintisi başlamayan binaların da bəzən mənzilləri öncədən satılır. Üstəlik, hazır evlərlə müqayisədə belə mənzillər ucuz təklif olunduğundan alıcıları cəlb edir. Bəs görəsən vətəndaşlar belə hallarda nələrə diqqət etməlidir?

Mövzu ilə bağlı Yenisabah.az-a danışan hüquqşünas Ramil Süleymanov bildirib ki, alıcılar tikinti şirktindən bir sıra sənədləri tələb etməlidir:

“Bəzən vətəndaşlar bina tikintisi ilə məşğul olan şirkətlərə yaxınlaşaraq, onlardan hər hansı bir mənzilin alınması ilə əlaqədar ya payın alqı-satqısı, ya da mənzilin tikintisinin podrat müqaviləsini imzalayırlar. Bu heç də müfəssəl müqavilə deyil. Qeyd edim ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinə görə, müqavilə tərəflərin iradə sərbəstliyi əsasında bağlanan bir hüquqi sənəddir. Oradakı şərtlər mütləq şəkildə dəqiq və anlaşılan tərzdə yazılmalıdır. Mənzil almaq istəyən şəxs tikintini aparan şirkətin birinci növbədə tikintiyə dair sənədləri ilə tanış olmalıdır. Bu özündə torpaq ayırma, tikintinin aparılması ilə bağlı icra hakimiyyəti orqanına sərəncamın alınması və layihənin təsdiqlənməsi ilə bağlı təsdiqlənmə sənədlərini ehtiva etməlidir. Alıcı bütün bu sadalanan sənədlərin mövcudluğunu gördükdən sonra müqaviləni bağlamalıdır. Bununla bağlı tövsiyə edirəm ki, maksimum dərəcədə ilkin alqı-satqı müqaviləsi bağlanılsın və bu ilkin müqavilələr notariat orqanlarında həyata keçirilsin”.

Hüquqşünas belə hallarla qarşılaşdıqda vətəndaşların hüquqlarından da bəhs edib:

“Əgər müxtəlif səbəblərdən tərəflər arasında müqavilənin bağlanmasından sonra tikintinin təhvili prosesi yubanarsa, vətəndaş tikinti şirkətinə müraciət etməklə məbləğin, eyni zamanda müqavilə şərtlərinin vaxtında icra olunmamasına görə dəymiş ziyanın ödənilməsini tələb edə bilər. Tikinti şirkəti bu məbləği ödəməkdən boyun qaçırarsa və ya bununla bağlı haqlı narazılığı aradan qaldırmazsa, vətəndaşın məhkəməyə müraciət etmək ixtiyarı var. Vətəndaşlar müaqaviləni bağladıqları zaman hüquqşünasla birlikdə getmələri tövsiyə olunur. Bununla vətəndaşların gələcəkdə daha böyük risklərdən qoruna bilərlər”.

Xəbər 1059 dəfə oxunub.




19.05.2025  21:59 

Məşhur aktyor nişanlandı -FOTO

19.05.2025  13:08 

Sumqayıtda qazini maşın vurub

19.05.2025  12:38 

Lavrov Ermənistana səfər edəcək


BÜTÜN XƏBƏRLƏR +