Karapetyan bu sərvəti necə qazanıb?
III qrupda keçid balları 3-5 bala qədər artacaq
Nazirlər İranı müzakirə etdilər
Naxçıvanda 2 rayona prokuror təyin olundu
Ölüm olan klinikadakı həkim qanunsuz işləyirmiş
İsrail Xameneinin bunkerinin yerləşdiyi ərazini vurur
Masaya oturmaq gec deyil - Yohan Vadephul
İlham Əliyev sabah Türkiyəyə gedəcək
Bəzi rus hərbi əsirləri dəyişdirilmək istəmir - Nazir müavini
İran kütləvi dron hücumuna başlayıb


03.12.2023  19:05 

Lamiyyə Ələkbərovaya yeni vəzifə verilib





A+  A-

Aparıcı Lamiyyə Ələkbərovaya yeni vəzifə verilib.

Xəzərnews.az xəbər verir ki, MTV-də musiqi departamentinin direktoru təyin olunub. L.Ələkbərova artıq bir neçə gündür ki, sözügedən kanalda vəzifəsini icra etməyə başlayıb.

O, bu haqda açıqlama verərək, sualları cavablandırıb. Bu günə kimi bir çox kanalda çalışan və layihələrin rəhbəri olan L.Ələkbərova bunları əlavə edib:

"MTV hər zaman ənənəni, tərbiyəni qoruyub saxlayan kanal olub. Mən də bu tərzi qoruyub, daha da uğurlu işlər qatacağam. Bu günə kimi çalışdığım kanallarda etdiyim layihələr necə uğurlu olubsa, inanıram ki, burada da olacaq. MTV kanalının komandası ilə birlikdə maraqlı işlər görəcəyik. Konservatoriyada dirijorluq, Mədəniyyət və İncəsənət Universitetində rejissorluq fakültəsini bitirmişəm. Mənim bu işi görməyə haqqım var. Televiziya təbliğatdır, hamıya örnək olmalıdır. Bu günə kimi MTV bunu qoruyub, bundan sonra da davam edəcəyik. Gözəl kliplər, verilişlər yayımlanacaq. Layihələrin sayını artıracağıq".

Qeyd edək ki, Lamiyyə Ələkbərova 1995-2006 cı illərdə AzTV-də layihə rəhbəri, aparıcı və rejissor kimi çalışıb. 2006-cı ildən 2017-ci ilə qədər hazırda fəaliyyəti dayandırılan "Lider TV"də baş rejissor, teleaparıcı və direktor müavini vəzifəsini tutub. 2017-2018-ci illərdə İctimai TV-də Musiqi, əyləncə və xüsusi layihələr departamentinin direktoru vəzifəsində fəaliyyət göstərib. 2018-ci ildə "Mədəniyyət" kanalında direktor müavini vəzifəsində çalışır. Sonuncu çalışdığı kanal isə "Kanal S" olub.

Xəbər 2574 dəfə oxunub.




18.06.2025  15:06 

“Bazarstore” cərimələndi

18.06.2025  12:26 

Bakıda yağış yağacaq

18.06.2025  12:22 

Vəfa Ayseli kasetlə şantaj edir?


BÜTÜN XƏBƏRLƏR +