“Həkim məni 3 dəfə əməliyyat edib pis vəziyyətə qoydu” - FOTO
Əməkdar artist olmaq üçün pul verdi, amma...
Dövlət Komissiyası İşçi qrupunun tərkibi genişlənib
Prezident bu yolla bağlı... - Sərəncam
Rusiya 1212 əsgərin cəsədini Ukraynaya qaytardı
Ermənilər Qarabağı geri alacaq?
ABŞ-da etirazlar bütün ölkəyə yayılır
Azərbaycanlı Rusiyada polis rəisi təyin olundu
Gəncədə xəstəxanada oksigen balonu yanıb
Ukrayna rusların Barıt zavodunu vurdu


25.09.2017  09:46 

Ermənistanın Kürdüstan planları açıqlandı





A+  A-

"Kərkükdə asılan Kürdüstan bayrağının aşağı salınması qərarı bizi sevindirsə də, region rəhbərliyinin qeyri-qanuni davranışından narahatıq”.
Bu fikirlər İraq türklərinin Mədəniyyət və Həmrəylik Dərnəyi və Azərbaycan Dostluq Cəmiyyətinin təşkil etdiyi toplantıda səsləndirilib.

Hər iki təşkilat adından danışan Həmrəylik dərnəyinin direktoru Timur Taş deyir:

"Kərkükdə problem yaşandığında, Kərkük vilayətinin yüzdə 40 fazi İSİD-in əlində inləyərkən, türkmənlər və ərəb üzvlərinin yoxlugundan istifadə edən kürdlər Kərkük neftini ələ keçirib, rəsmi ofis və binalara öz bayraqlarını asaraq, rəsmi dili dəyişdirmə qərarı alıblar. İraq Konstitusiyasına görə, əyalət məclisləri bu cür qərar vermək səlahiyyətinə malik deyil. Bu gülünc qərar bizim dövlətimiz və millətimiz tərəfindən sərt reaksiya ilə qarşılandı. İraq parlamentində türkmən millət vəkillərinin təklifi sonrasında ümumi məclis qərarı, ərəblər, sünnilər və xristianların səsləri ilə bayrağın endirilməsinə qərar verildi".
Timur Taşın sözlərinə görə, bayrağın endirilməsi qərar onları rahatlatsa belə, türkmənlərin bütün səyahətləri məhdudlaşdırılıb və türkmənlərə Mosul təhlükə yaradır.

Toplantıda ermənilərin Kərkük məsələsində kürdlərin lideri Bərzaniyə dəstək verdiyi bildirilib. Timur Taş Amerikadakı Erməni Beynəlxalq Komitəsinin hətta referendum keçirilmədən öncə planlarını açıqladığını deyib:

"Ermənistan Kürdüstan bölgəsində təmsilcilik açacağını bəyan edib. Amerikadakı Erməni Komitəsini (ANCA) ziyarət edən Kürdüstanın ABŞ təmsilçisi Sami Abdul Rahman Kürdüstanın beynəlxalq və demokratik hədəflərindən danışıb. ANCA başqanı Aram Hampariyanla Sami Abdul Rahmanın görüşündə Amerikadaki kürd və erməni toplumlarnın ortaq çalışmaları qərara alınıb".

Timur Taşın bu açıqlamasından sonra qısa araşdırma apardıq. Amerika Erməni Komitəsinin rəsmi internet səhfəsində bu görüşlə bağlı açıqlama yer alır. Amerika Erməni Komitəsinin rəsmi səhfəsində yayımlanan məlumatda görüşün son dərəcə olumlu keçdiyi bildirilir .
“Kürdüstan höküməti ilə Amerika erməni topluluğu arasında isti bir münasibət var və önümüzdəki illərdə erməni-kürd bölgəsəl ilişkisinin oynayacağı kilit rol artacaq",-deyə açıqlamada bildirilib.
Bu görüşdən sonra Twitter hesabında bir açıqlama yayan Kürdüstan hökumətinin ABŞ təmsilçisi Sami Abdul Rahman ANCA ziyarətinin olumlu keçtiyini, ən qısa zamanda Ermənistanın Kürdüstanda nümayəndəlik açmasını gözlədiklərini yazıb.

(modern.az)


Xəbər 1530 dəfə oxunub.




11.06.2025  11:16 

MAXE intihar etdi

10.06.2025  16:07 

Diplomatik təxribat...

10.06.2025  13:49 

Bakıda 36° isti olacaq


BÜTÜN XƏBƏRLƏR +