Separatçılara Yerevandan bağlamalar gəlir
Ata gizli telefon işlədən qızını öldürdü
Qərb İsrail-İran münaqişəsində dağıdıcı rol oynayır - Zaxarova
Ali Məclisə seçkiləri Prezident təyin edəcək
Bloger sevgilisinin 100 min dollarını ələ keçirdi
Həkim gənc qızın gözünü kor etdi
Sürücüyə 12 gündə 1 800 manat cərimə yazılıb
İran İsraildə xəstəxananı vurdu
Prezident BP-nin baş icraçı direktorunu qəbul edib
Karapetyan bu sərvəti necə qazanıb?


03.03.2017  12:17 

“900-ə yaxın azərbaycanlı terror qruplaşmalarına qoşulub”





A+  A-

Xəbər verdiyimiz kimi, Şəhriyar adına Mədəniyyət Mərkəzində “Terrorçuluğa, ekstremizmə və radikalizmə qarşı mübarizədə gənclərin rolu” mövzusunda konfrans keçirilir.
XəzərNews.az xəbər verir ki, konfransda çıxış edən DTX-nın rəisi, general-leytenant Mədət Quliyev deyib ki, terrorçuluq və radikalizmlə mübarizə ölkəmiz üçün vacib məsələdir:

“Məlum olduğu kimi, İraqda, Suriyada, hətta Türkiyədə baş verən cərəyanlar hər kəsi narahat edir. Radikalizm qlobal sülhə böyük maneə yaradır. Azərbaycan tərəddüd etmədən anti-terror koalisiyasina qoşulub. Hələ ötən əsrin əvvəllərində erməni terrorçuları AXC rəhbərliyində təmsil olunan şəxsləri öldürüb. Ermənistanın terror cinayətləri davam edib və Azərbaycanın ərazilərini işğal ediblər. 1988-1994-cü illərdə Ermənistan tərəfindən Azərbaycana qarşı törədilən 373 terror cinayəti nəticəsində 2 mindən artıq insan zərər çəkib. Azərbaycan müxtəlif növ təhlükələrin olduğu geosiyasi mövqedə yerləşməsinə baxmayaraq, nəinki Qafqazda, hətta Avropada ən təhlükəsiz ölkələrdən biridir.

Cənab prezident 2017-ci ili İslam Həmrəyliyi ili elan edib. Təəssüf ki, əksəriyyəti gənclər olan 900-ə yaxın Azərbaycan vətəndaşı Suriya və İraqda terror qruplaşmalarına qoşulub. Məlumata görə, geri qayıdan 200-ə yaxın şəxs həbs edilib. Son 1 ildə 54 nəfər Azərbaycan vətəndaşlığından məhrum edilib”.

Mədət Quliyev qeyd edib ki, dini radikalizmə qarşı mübarizənin əsas üsullarından biri maarifçilikdir:

“Terrorçular dinin həqiqi mənasını təhrif edirlər. Bununla bağlı ölkəmiz son illər mühüm işlər görüb. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan daha da qüdrətlənəcək”.

Xəbər 5603 dəfə oxunub.




18.06.2025  15:06 

“Bazarstore” cərimələndi


BÜTÜN XƏBƏRLƏR +