Azərbaycanda işsiz şəxslərin sayı açıqlanıb
Moskvada azərbaycanlıların kütləvi şəkildə saxlanıldığı bildirilir
Çimərliyə gedənlərə XƏBƏRDARLIQ
Tramp Rusiyaya qarşı sərt sanksiyaları təsdiqləyəcək
Rusiyada azərbaycanlı faciəvi şəkildə ölüb
Qubada sahibkara təzyiq edilir...
Prezident Neft Fondu ilə bağlı SƏRƏNCAM imzaladı
Qızmar istilər başlayır: 38 dərəcə isti
Diplomatlarımız Kiyevdə Azərbaycan Evini ziyarət edib - Foto
Əli Xamenei Azərbaycana niyə nifrət edir?


17.03.2024  00:28 

7 milyonluq villası yandı - Fotolar





A+  A-

Model və aktrisa Kara Delevinin başına iş gəlib.

Xəzərnews.az Axşam.az-a istinadla xəbər verir ki, cümə günü, martın 15-nə keçən gecə onun Los-Ancelesdəki Hollivud Hillsdəki 7 milyon dollarlıq malikanəsi yanıb.

Yanğın evin köməkçi otaqlarından birində başlayıb. Daha sonra yanğın çardağa keçərək damın bir hissəsinin dağılmasına səbəb olub. Kəskin alov yalnız iki saatdan sonra söndürülüb. Əməliyyata 94 təcili xidmət əməkdaşı cəlb olunub. Hətta yanğınsöndürənlərdən biri pilləkənlərdən yıxılaraq xəsarət alıb, yanğın zamanı malikanədə olan digər şəxs dəm qazından zəhərlənib.

Sahəsi 700 kvadratmetrdən çox olan bina demək olar ki, yararsız hala düşüb. “Daily Mail”in verdiyi məlumata görə, Delevin valideynlərinin sözlərinə görə, yanğına səbəb çox küləkli havanın fəsadları olub.





Xəbər 2677 dəfə oxunub.




11.07.2025  12:01 

Prezident gürcü naziri qəbul etdi


BÜTÜN XƏBƏRLƏR +