Ukrayna Türkiyədə casus şəbəkəsi yaradıb
İlham Əliyevlə Məsud Pezeşkianın görüşü olub
Soçidə azərbaycanlı qadın saxlanıldı
İlham Əliyev Ərdoğanla görüşdü
“Moskva bölgədə nüfuzunu itirir” - Türk ekspert
Binəqədidə çirkab suları küçəyə axır - Foto
Ticarət Sazişi nəzərdən keçirilməlidir - Pezeşkian
Xankəndi sülh mərkəzi olacaq - Ərdoğan
Diqqət: Şəxsiyyət vəsiqələri dəyişir
Əliyev Pezeşkianı belə qarşıladı


05.12.2017  14:27 

15 dövlət əmlakı özəlləşdirildi





A+  A-

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən bu gün keçirilən hərracda ümumilikdə 15 əmlak özəlləşdirilib.
XəzərNews.az xəbər verir ki, rəqabətli keçən hərracda özəlləşdirilən əmlaklardan 1-i səhmdar cəmiyyət, 14-ü isə istifadəsiz qeyri-yaşayış sahəsidir. Özəlləşdirilən istifadəsiz olan daşınmaz dövlət əmlaklarının hamısı Bakıda yerləşir.

Elektron sifariş verilərək hərrac zamanı ən yüksək qiymətə özəlləşdirilən əmlak paytaxtın Nərimanov rayonunda yerləşir. Qeyd olunan qeyri-yaşayış sahəsinin ümumi faydalı sahəsi 68 kv.m-dir. Əmlak hərracın gedişatı zamanı rəqabətli şəraitdə ilkin satış qiyməti 20 min manatdan yüksələrək 38 min 700 manata özəlləşdirilib. Rəqabətli formada özəlləşdirilən digər əmlak isə paytaxtın Nizami rayonunda yerləşən qeyri-yaşayış sahəsi olub. Ümumi faydalı sahəsi 113.4 kv.m olan qeyri-yaşayış sahəsi rəqabətli keçən hərrac prosesində ilkin satış qiyməti 12 min 500 manatdan yüksələrək 20 min 200 manata öz sahibini tapıb. Elektron hərrac xidməti vətəndaşa həm vaxtına qənaət etmə imkanı yaradır, həm də operativ olaraq xidmətdən istifadəni təmin edir.

Ən aşağı qiymətə özəlləşdirilən əmlak isə paytaxtın Yasamal rayonundakı qeyri-yaşayış sahəsi olub. Əmlak 3 min manata özəlləşdirilərək sahibini tapıb.

Bu dəfəki hərracda 1 səhmdar cəmiyyəti də özəlləşdirilib. Özəlləşdirilən səhmdar cəmiyyəti Ağsu rayonunda yerləşən “Ağsu Sənaye İnşaat” olub.

Xəbər 3149 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

04.07.2025  12:11 

Ərdoğan Azərbaycana gəldi

04.07.2025  11:35 

Rusiya Kiyevə hücum edib

04.07.2025  11:17 

Əliyev Trampı təbrik etdi


BÜTÜN XƏBƏRLƏR +