Artur Sarkisyan məhkəmənin qərarı ilə həbs edilib
Xərçəngin dərmanı tapılıb, ancaq onu gizlədirlər... - Tibbi ekspert
Noutbuk və müşahidə kamerası oğurlanıb
Ərdoğan prezident seçkilərinin tarixini açıqladı
İlham Əliyev Əbu-Dabiyə getdi
Əbu-Dabi görüşü nə vəd edir? - ŞƏRH
Osmanlı Restoranda - Sumaq qum, dönər zəhər kimi...
Trampın taarif siyasəti ABŞ-a 300 milyard dollar qazandıracaq
Rəsmi Bakıdan İranın Ermənistandakı səfirinə CAVAB
Qaynar xətt işləmir, cavab verən yoxdur... - Həmkarları tənqid etdi


05.12.2022  08:30 

“Rusiya ilə danışıqlar mümkündür“ - Blinken





A+  A-

Moskva diplomatiyaya maraq göstərərsə, Rusiya ilə danışıqlar mümkündür.

XəzərNews.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Entoni Blinken bildirib.

Blinkenin sözlərinə görə, Rusiya prezidenti Vladimir Putin məsələyə maraq göstərməyənə qədər hər hansı irəliləyiş mümkün deyil.

Eyni zamanda o, əlavə edib ki, Moskva hazırda bunun əksini edir.

Qeyd edək ki, ABŞ Ukraynada münaqişənin genişlənməsində maraqlı deyil və Amerika Rusiya ilə müharibə istəmir.

"Əksinə, biz münaqişəni bitirmək istəyirik, lakin onu genişləndirmək istəmirik. Biz Rusiya ilə müharibə istəmirik, xüsusən də üçüncü Dünya müharibəsini istəmirik. Bizim səyimiz bu deyil", - deyə Blinken əlavə edib.

Eyni zamanda o, “yalançı sülh” bağlamağın da mənasız olduğunu və danışıqlara başlamaq qərarının Kiyevin qəbul etməli olduğunu, Vaşinqtonun bunu dəstəkləyəcəyini bəyan edib.

Hacı
XəzərNews.az


Xəbər 2340 dəfə oxunub.




09.07.2025  14:51 

İlham Əliyev Əbu-Dabiyə getdi

09.07.2025  11:54 

Rusiyada avtomobil bazarı çökür


BÜTÜN XƏBƏRLƏR +