Artur Sarkisyan məhkəmənin qərarı ilə həbs edilib
Xərçəngin dərmanı tapılıb, ancaq onu gizlədirlər... - Tibbi ekspert
Noutbuk və müşahidə kamerası oğurlanıb
Ərdoğan prezident seçkilərinin tarixini açıqladı
İlham Əliyev Əbu-Dabiyə getdi
Əbu-Dabi görüşü nə vəd edir? - ŞƏRH
Osmanlı Restoranda - Sumaq qum, dönər zəhər kimi...
Trampın taarif siyasəti ABŞ-a 300 milyard dollar qazandıracaq
Rəsmi Bakıdan İranın Ermənistandakı səfirinə CAVAB
Qaynar xətt işləmir, cavab verən yoxdur... - Həmkarları tənqid etdi


25.04.2022  22:58 

Niyamdan Aynura: “Mənimlə bir yataqda yatmayacaqsansa, məni dolama”





A+  A-

“Yeni müğənni deyiləm ki, gündəmə gəlmək üçün filankəslə evlənim. Ayıb olar mənə”.

Bu sözləri müğənni Niyam Salami bildirib.

Aygün Kazımova ilə yeni layihəsi olduğunu vurğulayan müğənni: “Piar etsəm, onunla olan layihəmin piarını edərəm”, - deyib.

“Aynurla bir proyektim hələ yoxdur mənim, mayın 17-si mənim şoumun eksklüziv qonağı Aygün Kazımovadır. Onunla layihəm olacaq. Aynur dediyi kimi, planlı olsaydı, Aygün xanımla planlı şəkildə işlər görürəm, mahnı yazdırıram, görürsünüz, sizə deməmişəm. Mən belə şit-şit şeyləri xoşlamıram.

Mən açığını danışan adamam, Aynuru dostum kimi qucaqlayıb-öpəndə zarafatla dedik ki, gəl evlənək. Dəfələrlə demişəm ki, dolana biləcəksən mənimlə? Ailə mənim üçün başqa sistemdir. Sən mənimlə bir yataqda yatacaqsan, yatmayacaqsansa, məni dolama”.

Niyam Aynur Dadaşovanın “Toy olmayacaq, bu sadəcə konsertin piarı idi” açıqlamasından məyusluğunu gizləməyib:

“Müsahibəni elə verərdi ki, Niyam mənim dostumdur, dost qalmağı qərar verdik və s. Amma belə olmaz, məni vurmuş olursan. Mən sənə demişəm “evlənək”, sən demisən, “mən sənə ərə getmirəm”.

Qeyd edək ki, Niyam bir müddət öncə Aynur Dadaşova ilə evlənəcəklərini, yayda toy olacağını açıqlamışdı. Daha sonra Aynur çıxan xəbərləri təkzib etmişdi./Oxu.az

Xəbər 8091 dəfə oxunub.




09.07.2025  14:51 

İlham Əliyev Əbu-Dabiyə getdi

09.07.2025  11:54 

Rusiyada avtomobil bazarı çökür


BÜTÜN XƏBƏRLƏR +