Artur Sarkisyan məhkəmənin qərarı ilə həbs edilib
Xərçəngin dərmanı tapılıb, ancaq onu gizlədirlər... - Tibbi ekspert
Noutbuk və müşahidə kamerası oğurlanıb
Ərdoğan prezident seçkilərinin tarixini açıqladı
İlham Əliyev Əbu-Dabiyə getdi
Əbu-Dabi görüşü nə vəd edir? - ŞƏRH
Osmanlı Restoranda - Sumaq qum, dönər zəhər kimi...
Trampın taarif siyasəti ABŞ-a 300 milyard dollar qazandıracaq
Rəsmi Bakıdan İranın Ermənistandakı səfirinə CAVAB
Qaynar xətt işləmir, cavab verən yoxdur... - Həmkarları tənqid etdi


15.08.2020  12:37 

Lukaşenko etirazları fəlakət hesab etmir





A+  A-

Belarus Prezidenti Aleksandr Lukaşenko ölkədə baş verən etirazlara münasibət bildirib.
XəzərNews.az-ın məlumatına görə, bu barədə “Sputnik Belarus” xəbər verib.

“Deməzdim ki, hansısa bir fəlakətdir və ya vəziyyət həddindən artıq gərginləşib, amma həlli gərəkən kifayət qədər problemlər və məsələlər var. Biz bu gün baş verənləri artıq tam aydın şəkildə görürük”, - “Sputnik Belarus” Lukaşenkonun sözlərini sitat gətirir.

Qeyd edək ki, nümayişçilər avqustun 9-da, prezident seçkilərinin keçirildiyi vaxt, respublika şəhərlərinin küçələrinə çıxıb. Bazar günündən etibarən icazəsiz aksiyalar davam edir, lakin onlar güc strukturları tərəfindən sərt şəkildə yatırılır. Etirazçılara qarşı hüquq-mühafizə orqanları gözyaşardıcı qaz, su şırnağı, işıq qumbarası və rezin güllələrdən istifadə edirlər. Respublika DİN-in məlumatına görə, iğtişaşlar zamanı bir nəfər həlak olub.

Xəbər 4027 dəfə oxunub.




09.07.2025  14:51 

İlham Əliyev Əbu-Dabiyə getdi

09.07.2025  11:54 

Rusiyada avtomobil bazarı çökür


BÜTÜN XƏBƏRLƏR +