Ali rəhbər İran dövlətini Ermənistana qurban verir, yoxsa öldürür?!
Rus bölmələri bağlanmayacaq - Nazir
Diaspor rəhbərimiz Rusiyadan deport olundu
Vəkil “Atəşgah” sığortadan narazıdır
Rusiyada işləyən azərbaycanlı 10 gündür YOXA ÇIXIB
Qazanan sığortaçılar, sürünən sürücülər...
56 min müəllimin əmək haqqı artırılıb
Rusiyanı parçalamaq prosesi başladı
AP Gürcüstanda yeni seçkilər tələb edir
Kiyevə gecə hücumu: İki qadın həlak olub


26.08.2018  11:51 

Zaur Hüseynov Prezidentin göstərişindən sonra hərəkətə keçib





A+  A-

Ötən ay bütün Azərbaycanı qaranlığa qərq edən Mingəçevir İstilik Elektrik Stansiyasında (İES) baş vermiş qəza ilə bağlı iyulun 4-də respublika Prezidenti İlham Əliyevin iştirakı ilə keçirilən müşavirədə bir sıra tapşırıqlar verildi.
Mingəçevirdəki İstilik Elektrik Stansiyasında baş vermiş qəza nəticəsində ölkəmizin enerji təchizatında ciddi problemlər yarandığını diqqətə çatdıran dövlət başçısı metropoliten və bir sıra dövlət qurumlarının, strateji obyektlərin generatorlarla təmin edilməsi göstərişini verdi.
Bu kimi halların baş verməməsi üçün Prezident İlham Əliyevin tapşırıqlarından sonra Bakı metrosunda hansı tədbirlər görülür?
Qurumun mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov sorğuya cavab olaraq bildirib ki, hazırda bu istiqamətdə intensiv tədbirlər həyata keçirilir:
“Baş verə biləcək hər hansı enerji qəzasının metropolitenin işinə təsirsiz ötüşməsi üçün kompleks tədbirlər görülür.Bu dəfə işimizi tam fərqli formada quracağıq. Hazırda son tamamla işləri gedir”.
B.Məmmədov qeyd edib ki, işlər yekunlaşdıqdan sonra ictimaiyyətə geniş açıqlama veriləcək.
Xatıladaq ki, iyulun 2-də və 3-də Mingəçevir İES-də baş vermiş enerji qəzası ilə əlaqədar generatorlarla tam təmin edilməyən “Bakı Metropoliteni”nində problemlər yarandı. İyulun4-də müşavirədə çıxış edən sədr Zaur Hüseynov bildirib ki, ayın 2-də gərginlik itəndən sonra hərəkətdə olan 18 sərnişin qatarı dayanıb, 9-u stansiyalarda, 9-u tunellərdə qalıb. Sərnişin qatarlarının, stansiyaların və tunellərin işıqları sönüb, eskalatorlar və travalatorlar, ventilyasiya şaxtaları, əsaslı, yerli və çirkab su xaric qurğularının nasosları dayanıb.
Qəzadan təqribən saat yarım sonra metronun “Sahil”, “Nizami” və “Nəsimi” stansiyalarında əsaslı su xaric qurğularında suyun səviyyəsi kritik həddə çatmışdı.
Tunellərdə təxliyə əməliyyatları aparmaq üçün metropoliten işçilərindən, Daxili İşlər və Fövqəladə Hallar nazirliklərinin əməkdaşlarından ibarət qruplar təlimatlandırılaraq tunellərə göndərilmişdi. Qəzanın birinci günü ümumilikdə 154 nəfər sərnişin təxliyə edilib. Onlar arasında xəsarət alan olmayıb. Saat 14:10-da yüksək gərginlik verildikdən sonra xətlərdəki qatarlar depoya çıxarılıb. Saat 5:25-də isə təsdiq olunmuş qrafik üzrə qatarlar normal hərəkətə başlayıb. İyulun 3-də isə saat 18:47-də təkrarən elektrik enerjisi verilişi dayananda analoji fəsadlar yaranıb və bu dəfə pik saata təsadüf etdiyinə görə 30 minə yaxın sərnişin təxliyə olunub. (modern.az)

Xəbər 3233 dəfə oxunub.




10.07.2025  10:35 

Neftin qiyməti 76 dolları keçdi

09.07.2025  14:51 

İlham Əliyev Əbu-Dabiyə getdi


BÜTÜN XƏBƏRLƏR +