Artur Sarkisyan məhkəmənin qərarı ilə həbs edilib
Xərçəngin dərmanı tapılıb, ancaq onu gizlədirlər... - Tibbi ekspert
Noutbuk və müşahidə kamerası oğurlanıb
Ərdoğan prezident seçkilərinin tarixini açıqladı
İlham Əliyev Əbu-Dabiyə getdi
Əbu-Dabi görüşü nə vəd edir? - ŞƏRH
Osmanlı Restoranda - Sumaq qum, dönər zəhər kimi...
Trampın taarif siyasəti ABŞ-a 300 milyard dollar qazandıracaq
Rəsmi Bakıdan İranın Ermənistandakı səfirinə CAVAB
Qaynar xətt işləmir, cavab verən yoxdur... - Həmkarları tənqid etdi


17.05.2018  16:21 

Qaçqın kampında qalan azərbaycanlı həkimi döydü - Almaniyada





A+  A-

Almaniyanın Bavariya əyalətinin Deggendorf şəhərində qaçqınlara tibii yardım göstərən həkimlər yardımlardan imtina etməyi planlaşdırırlar.
XəzərNews.az bildirir ki, bu barədə AzEuroNews.com-a Almaniyanın Düsseldorf şəhərində yerləşən “Legat” inteqrasiya mərkəzindən məlumat verilib. Məlumatda deyilir ki, həkimlər qaçqınların fövqəladə dərəcədə tələbkarlığını və intizamsızlıqlarının dözülməz olduğunu bildirir. Bu barədə “Die Zeit” qəzetinə müsahibə verən həkimlərdən biri 2015-ci ildən başlayaraq sığınacaq axtaranlarla işlədiyini bildirib. Həkim söyləyib ki, əvvəllər Suriyadan və İraqdan olan qaçqınlarla işləyib və onlardan həmişə xoş sözlər eşidib. Həmin vaxt həkim işləməkdən zövq aldığını da söyləyib.

Həkim müsahibəsində onu da bildirib ki, qaçqınlar bəzi hallarda heç bir ciddi xəstəliyi olmadığı halda həkimə müraciət edir masaj, diş həkiminə göndəriş, bahalı kosmetoloji prosedurlarla bağlı və ya ağrıkəsici dərman pereparatları alaraq sonra başqalarına satırlar.



Üstəlik belə sığınacaq axtaran şəxslər sığınacaqlarda həkimlərə münasibətdə özlərini hörmətsiz aparır, hətta Azərbaycandan olan bir şəxsin həkimə zərbə endirdiyini bildirir.

Həkim son günlər xidmət göstərdiyi 41 pasiyentdən yalnız 1 nəfərin ona “sağ ol” dediyini bildirib.

Məlumat üçün bildiririk ki, Deggendorf şəhərindəki qaçqın kampında qalan azərbaycanlılar da burdakı şəraitdən və onlara göstərilən xidmətdən narazıdırlar. Onlar bu yaxınlarda etiraz aksiyası keçirməyi planlaşdırırlar və bununla bağı artıq polisə icazə üçün müraciət də ediblər.

Bu barədə “Legat”a Deggendorfdakı qaçqın kamplarından birində məskunlaşan soydaşımız məlumat verib.

Xəbər 2983 dəfə oxunub.




09.07.2025  14:51 

İlham Əliyev Əbu-Dabiyə getdi

09.07.2025  11:54 

Rusiyada avtomobil bazarı çökür


BÜTÜN XƏBƏRLƏR +