Emin Ağalarov Rusiyada konsertini təxirə salıb
Bu restoranlar cərimələnib
XİN Rusiyaya çağırış etdi: Vəziyyəti gərginləşdirməyin
Heydərov rəisi işdən çıxardı - Yeni təyinat
Hacı İbrahimin şirkətləri borca düşdü
Niyə məhz azərbaycanlılar hədəfdə?.. - Açıqlama
Rusiya səfiri Xarici İşlər Nazirliyinə çağırıldı
Zaxarova: Rəsmi Bakını tədbirlər görməyə çağırırıq...
Daha bir azərbaycanlı iş adamının evinə BASQIN
AEBA İrandan rəsmi təsdiq gözləyir


13.06.2025  12:49 

İsrailin İrana hücumu: Reallıq və perspektivlər





A+  A-

Hər cür hərbi əməliyyatlar pislənilməlidir. Xüsusilə bizim qonşuluğumuzda olan hərbi əməliyyatlar bütün prizmalardan arzuolunmazdır. Azərbaycan işğalçı müharibənin nə olduğunu bilir və şükür ki, ləyaqətlə cavab verdi.

Qonşuluqda olan müharibələrə də sırf Azərbaycanın təhlükəsizliyi prizmasından yanaşmağı ən düzgün hesab edirik.

Xüsusilə İran hərbçilərinin verdiyi bəyanatlardan bu aydın görünürdü. Amma İranın yüksək hərbi komandirləri sadəcə gurultulu siyasi bəyanatlar veriblər. Hərbi əməliyyatların qarşısını almaq istiqamətində heç bir hazırlıq işi aparmayıblar. İsrailin 200-ə yaxın təyyarəsi İranda 100-ə yaxın hədəfi sıradan çıxarıb, bütün hərbi hədəflər vacibdir. İsrail İranın Hava Hücumundan Müdafiə və raket buraxma sistemlərinin böyük bir qismini də sıradan çıxardığını bəyan edib. İran tərəfindən də gələn məlumatlar bunları təsdiq edir.

Zəngilanda camış fermasında camışların qıçının arasında İsrail “qurğusunu” görən SEPAH-çılar Tehranın qırağında MOSSAD-ın yaratdığı kamikadze - dron bazasından xəbərləri olmayıb.

İnsan tələfatı da var. İran ordusunun vacib komandirləri İsrailin hava hücumu nəticəsində öldürülüblər. İran Silahlı Qüvvələrinin baş qərargah rəisi Məhəmməd Bağirinin ölümünə təəssüf edir, Allahdan rəhmət diləyirəm. Azərbaycanlı idi və SEPAH-ın Azərbaycana qarşı “zəhərli dişinin” çıxarılmasında o şəxsin böyük rolu var idi. Yoxsa, SEPAH İraq Kürdüstanını illər boyu raket zərbələri üçün oylağa çevirdiyi kimi Azərbaycan Respublikasını da o qaydada raket oylağına çevirmək istəyirdi. Pakistanın SEPAH-ın burnunu ovması İraq Kürdüstanına da hücumun qabağının alınmasında vacib rol oynadı.

İran nüvə danışıqlarında yaxın müddətdə normal kurs götürə bilər. Bu vaxta qədər İranın nüvə danışıqlarına münasibəti Ali rəhbərin mövqeyini zəiflətmişdi, müxalifləri hakimiyyəti ondan almaq istəyirdi. Hücumdan sonrakı İranın kadr dəyişiklikləri, hərbi əməliyyatların zəifləməsi dinc danışıqların güclənməsi istiqamətindədir. Bu, həm də Ali rəhbərin mövqeyini gücləndirəcək.

Səyyari Həbibbullah son 20 ildə qərargah təmsilçisi və daha çox sənəd işi ilə məşğul idi.

M.Bagirinin hərbi işini o görə bilməyəcək. SEPAH-ın komandiri H.Səlaminin yerinə təyin olunan Əhməd Vahidi də ilk illərdə SEPAH-la müəyyən əlaqələri olub, sonradan hərbidən uzaqlaşıb, bizim dildə Daxili Qoşunların sisteminə keçmişdi. Bir müddət İranın daxili işlər naziri işlədi. Həm Səyyari, həm də Vahidi bəlkə də 20-30 il bundan əvvəl operativ hərbi işlərdən kənarlaşdırılmış şəxslərdir. Əgər Ali rəhbər hərbi əməliyyatları davam etdirmək niyyətində olsaydı, öldürülən komandirlərin yerinə onların birinci müavinlərini təyin edə bilərdi.

Təki nüvə danışıqları davam etsin. İranın ciddi səhvi nüvə danışıqlarında konsensus diplomatiyasından imtina etməsi oldu. İran o zaman D.Trampın dediyindən tutub, İranın təhlükəsizliyinə və inkişafına imkan verən müqavilənin hazırlanmasını ABŞ -a tapşıra bilərdi. Bunu etmədi.

Region yaxınlarda nüvəsiz, PUA-sız, raketsiz İranı real qəbul edəcək və belə İran iqtisadi inkişaf yolunu seçəcək, region ölkələri, Azərbaycan, ərəb ölkələri daxil region üçün daha təhlükəsiz olacaqdır.

Mübariz Əhmədoğlu



Xəbər 2751 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

02.07.2025  20:48 

Bu restoranlar cərimələnib

02.07.2025  12:17 

ABŞ-da güclü partlayış olub

02.07.2025  12:05 

Ersin Tatar Azərbaycana gəlib


BÜTÜN XƏBƏRLƏR +