Bələdiyyə sədrini rəis təyin etdi
Zakir Fərəcov geyim alır - 395 min manatlıq şübhəli tender
Lukaşenko və oğlunun Estoniyaya girişi qadağan edilib
Tambovun keçmiş qubernatoru saxlanıldı
Rüşvətə görə tutulan sədr barəsində qərar verilib
Səkini parkinqə çevirən direktor cəzalandırıldı
Yunanıstanda saxlanılan oliqarxın 21 pasportu olub
Rusiya Ukraynaya dron hücum edib
“Şam-Fi” şirkəti “Artsax”ı təbliğ edir - FOTO
“Şəhid bulağından su daşıyırıq...” - Video


10.01.2022  18:44 

“BTC-ni partlatmalı idik“ - Məhkəmə





A+  A-

Terrorçuluqda təqsirləndirilən Ermənistan vətəndaşları - Sarqsyan İşxan Aşotinin və Rafaelyan Vladimir Otarinin cinayət işi üzrə məhkəmənin növbəti iclası keçirilib.

XəzərNews.az xəbər verir ki, Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Elmin Rüstəmovun sədrliyi ilə keçirilən prosesdə ittiham aktı elan edilib.

İttihama görə, Ermənistan Müdafiə Nazirliyinin xüsusi təyinatlı kəşfiyyat hərbi hissəsində qrup komandiri Sarqsyan İşxan Aşoti və mühəndis istehkamçı qismində hərbi xidmət keçən Rafaelyan Vladimir Otari 27 may 2021-ci ildə saat 3 radələrində Azərbaycanın dövlət sərhədini Kəlbəcər rayonu istiqamətində təkrarən qanunsuz olaraq keçib, təminat və digər keçid yollarında minalanma işlərini həyata keçirib. Onların həmin cinayət əməllərini törətmələri müəyyən edilərək cinayət başında yaxalanıb, Azərbaycan ərazisinə keçirilməsini təşkil etdikləri “TM 62-M” və “E-00-M” tipli ümumilikdə 23 ədəd mina aşkar edilərək götürülüb.

Təqsirləndirilən Sarqsyan İşxan Aşotinin ifadəsində bildirib ki, mayın 24-də komandanlıqdan yola düşmək üçün əmr alıb: "Mayın 25-də əmr aldım ki, ərazinin kəşfiyyatını edim. Yolları minalayaq və bağlayaq, tikanlı məftillər çəkək. Komandanlıqdan əmr almışdıq ki, kimləsə rastlaşsaq, konfliktə girməyək. Mənə minanın hansı ərazidə basdırmağı şəkillərlə göstərmişdilər. Sonra gördük ki, Azərbaycan əsgərləri gəlir. Onlar xəbərdarlıq atəşi açdılar. Biz də öz aramızda danışdıq və konfliktə girməyərək təslim olduq. Biz xüsusi təyinatlı qüvvələrin əsgərləri olmuşuq. Bizə demişdilər ki, Azərbaycanın təminat yolunu bağlamaq lazımdır. Bakı-Tbilisi-Ceyhan neft kəmərini partlatmalı idik. O əməliyyatı da mənə tapşırmışdılar. Planımı elə qurmuşdum ki, insan tələfatı olmasın".

Digər təqsirləndirilən Rafaelyan Vladimir isə mayın 26-da komandirlərlə birlikdə Basarkeçərə gəldiyini deyib: "Mən komandirin əmri ilə xüsusi təyinatlılara qoşuldum. İşxan rəhbərim idi. Gecə Kəlbəcər rayonuna daxil olduq".

Məhkəmə prosesi yanvarın 24-də davam edəcək./Qafqazinfo

Xəbər 3112 dəfə oxunub.




24.07.2025  12:27 

Ağdaşda ailə faciəsi yaşandı

24.07.2025  11:51 

Rusiya Ukraynaya dron hücum edib

24.07.2025  11:11 

Gömrükdə qaydalar DƏYİŞDİ

24.07.2025  11:08 

Almaniya Ukraynanı silahlandıracaq

24.07.2025  00:13 

Bəzi ərazilərdə qaz olmayacaq


BÜTÜN XƏBƏRLƏR +