Ülvi Mirzoyev vəzifəsindən azad edilib
Bakıda 24-27° isti olacaq
Kiyevə raket hücumu: 15 nəfər yaralanıb
Rusiya ukraynalı hərbi əsirləri edam edir
Fuad Məmmədovun rütbəsi artırılıb
Bank kartlarından 4959 manat oğurlandı
Həkim‐kardioloq Firdovsi İbrahimova ağır ittiham
Allah mənə çatmadı!
Bakıda qəbir yerlərinin qiyməti: 50 - 100 min...
10 nəfərin öldüyü zavodu əmisi oğlunun adına keçirdi


01.05.2023  10:11 

Şəhidin bir qardaşını işə düzəltdilər, digər qardaşın sosialını kəsdilər





A+  A-

Tovuz sakinlərindən birinin aldığı sosial yardım gözlənilmədən dayandırılıb.

XəzərNews.az Xezerxeber.az-a istinadən xəbər verir ki, səbəb həmin şəxsin qardaşının məşğulluq xidməti tərəfindən işlə təmin edilməsidir.

Tovuz rayonunun Əsrik-Cırdaxan kənd sakini Hafiz İsmayılov aztəminatlı ailə olaraq 11 ay Ünvanlı Dövlət Sosial Yardım alıb. Lakin təyinatın vaxtı bitməmiş onun aprel ayı üçün vəsaiti hesabına köçməyib. Bundan əlavə vətəndaşın yenidən yardımdan faydalanmaq üçün hüquqları Dövlət Sosial Müdafiə Fondunun online müraciət proqramı vasitəsi ilə bir il müddətinə məhdudlaşdırılıb.

Sonradan məlum olub ki, Hafizin qardaşı işə girdiyi üçün ona verilən yardıma xitam verilib.

Onun qardaşı Fariz Məmmədov da şəhid övladı olaraq Məşğulluq Xidməti tərəfindən rəsmi əmək müqaviləsi ilə işlə təmin edilib. Vətəndaş onu da bildirir ki, sosial yardım haqqında qanunlarda 15 iş günü ərzində özü müraciət edəcəkmiş. Lakin 12 günün tamamında Ünvanlı Dövlət Sosial Yardım dayandırılıb.

Dövlət Sosial Müdafiə Fondunun İctimaiyyətlə əlaqələr departamentinin müdiri Rəşad Mehdili bildirib ki, qanunvericiliyə görə, artıq ailəyə tətbiq olunan 1 illik məhdudiyyət araşdırılıb və aradan qaldırılıb.
Hafiz İsmayılov ailənin aylıq gəlirlərini ərizə-bəyannamədə göstərməklə ünvanlı sosial yardımla bağlı yenidən müraciət etməlidir.

Bu halda ailəyə ünvanlı sosial yardımın təyin olunub-olunmama məsələsinə yenidən baxılacaq.

Xəbər 1122 dəfə oxunub.




24.05.2025  14:03 

Bakıda 24-27° isti olacaq

24.05.2025  12:31 

Allah mənə çatmadı!

23.05.2025  18:25 

MDU birinci yeri itirdi

23.05.2025  12:10 

Tramp fikrini niyə dəyişib?


BÜTÜN XƏBƏRLƏR +